/ / Milli Məclisin Sədri ilə Rusiya Federal Məclisi Federasiya Şurasının Sədri arasında telefon danışığı olub
Milli Məclisin Sədri ilə Rusiya Federal Məclisi Federasiya Şurasının Sədri arasında telefon danışığı olub
14.10.2020 [09:04]
Oktyabrın 12-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova ilə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenko arasında telefon danışığı olub.
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sahibə Qafarova bölgədəki son gərginlik, xüsusilə Ermənistan tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturunun məqsədli şəkildə hədəfə alınması barədə Federasiya Şurasının Sədrinə məlumat verib.
Bildirilib ki, oktyabrın 11-də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalıb və bu hücum nəticəsində 10 mülki şəxs həlak olub, o cümlədən aralarında azyaşlı uşaqlar da olmaqla, 30-dan çox vətəndaşımız yaralanıb. Vurğulanıb ki, Ermənistanın mülki əhalini və mülki obyektləri hədəfə alan bu hücumları müharibə cinayətidir, beynəlxalq hüququn, o cümlədən 1949-cu ildə qəbul olunmuş Cenevrə Konvensiyasının tələblərinin kobud şəkildə pozulması deməkdir.
Oktyabrın 10-da Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirlərinin Rusiyanın vasitəçiliyi ilə Moskvada keçirilən görüşündə humanitar atəşkəs barədə razılaşma əldə olunmasından sonra da Ermənistan tərəfinin mülki şəxsləri və mülki obyektləri qəsdən atəşə tutması Federasiya Şurasının Sədrinin diqqətinə çatdırılıb.
Milli Məclisin Sədri Ermənistanın Gəncə ilə yanaşı, sənaye infrastrukturunun və Cənubi Qafqazın ən böyük elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərini və digər yaşayış məntəqələrini də ağır artilleriya, həmçinin raket atəşinə tutduğunu qeyd edib.
Sahibə Qafarova hazırda regionda yaranmış gərgin vəziyyətə görə tam məsuliyyətin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərində olduğunu bildirib.
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenko yaranmış vəziyyətdən narahatlığını bildirib və atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52

