/ / Azərbaycan cəmiyyəti torpaqlarımızın işğaldan azad edilməsi məsələsində vahid mövqedən çıxış edir
Azərbaycan cəmiyyəti torpaqlarımızın işğaldan azad edilməsi məsələsində vahid mövqedən çıxış edir
03.11.2020 [09:16]
Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyətinin həmrəylik nümayiş etdirməsi bu kontekstdə mühüm amildir
Son illərdə ölkəmizdə aparılan köklü islahatlar bütün sahələrin inkişafını təmin etməklə yanaşı, siyasi platformada da yeni münasibətlər sisteminin formalaşmasına yol açıb. Qeyd etmək lazımdır ki, bu ilin fevralında baş tutan VI çağırış Milli Məclisə seçkilərin ardından yaranan yeni siyasi konfiqurasiya ölkəmizdə siyasi qüvvələr arasında əlaqələrin möhkəmlənməsində əsaslı rol oynadı. Milli Məclisin yeni tərkibdə ilk iclasında Prezident İlham Əliyevin tarixi çıxışının ardından ölkəmizdə yeni yaranan siyasi konfiqurasiyanın əsasında siyasi dialoq mühitinin formalaşdırılması prosesinə başlanıldı və bu Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün vacib şərtə çevrildi. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə siyasi partiyaların rəhbərlərinin görüşləri istər iqtidar-müxalifət, istərsə də partiyalararası münasibətlərdə yeni mərhələnin yaranmasına rəvac verdi. Məhz bu siyasi birlik bu gün Dağlıq Qarabağın və ətraf rayonların erməni işğalından azad olunması istiqamətində aparılan əks-hücum əməliyyatlarında siyasi həmrəyliyin güclənməsində xüsusi əhəmiyyətə malik oldu. Vurğulayaq ki, hazırda ölkəmizdə fəaliyyət göstərən əksər partiyalar siyasi baxışlarından asılı olmayaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin, Ordumuzun yanında olduqlarını bildirir və cəbhədə qələbəmizə öz töhfələrini verməyə çalışırlar. Bununla bağlı 50 siyasi partiyanın birgə bəyanat imzalaması da deyilənlərə sübutdur.
Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, Azərbaycan Ordusunun Ermənistanın təxribatına cavab olaraq əks-hücuma keçməsi və işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində ciddi irəliləyişlərə nail olması hər bir vətəndaşda böyük ruh yüksəkliyi yaradır. Onun fikrincə, torpaqların işğaldan azad olunması prosesinin başlanması və düşmənə ağır zərbələr vurulması son 30 ilin ən böyük tarixi hadisələrindən biridir: “Çox sevindirici haldır ki, bu gün cəmiyyətimizin bütün təbəqələri, o cümlədən siyasi partiyalar, QHT-lər Ali Baş Komandanımızın yanındadır. Bu məsələdə Azərbaycan cəmiyyəti bir yumruq kimi birləşib. Hər bir vətəndaşın arzusu budur ki, bütün torpaqlarımız işğaldan azad olunsun. Ona görə də, bütün cəmiyyətimiz qələbəyə köklənib”.
Millət vəkilinin sözlərinə görə, siyasi baxışlarından, ideoloji prinsiplərindən asılı olmayaraq, ölkənin, demək olar ki, bütün siyasi spektrinin - 50 siyasi partiyanın bir araya gələrək Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və dövlət başçısının yanında olduqlarını bəyan etməsi mühüm hadisədir, milli birliyimizin, həmrəyliyimizin bariz nümunəsidir: “Dövlətimiz və xalqımız üçün həyati əhəmiyyət kəsb edən mürəkkəb bir şəraitdə siyasi partiyalar tərəfindən ölkəmizin bütün vətəndaşlarının, dünya azərbaycanlılarının milli birliyə, vəhdətə səslənməsi siyasi yetkinliyin göstəricisi kimi mühüm əhəmiyyətə malikdir. Amma təəssüf ki, belə bir şəraitdə də iki siyasi partiya - “Müsavat” və AXCP Böyük Qələbə uğrunda mücadilədə Azərbaycan xalqı və dövləti ilə birlikdə olmağı bacarmadılar”.
“Ermənistan 30 ilə yaxındır BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar olsun ki, işğalçı ölkə buna görə cəzalandırılmır. Bu, qəbuledilməzdir. Artıq onları Azərbaycan dövləti və xalqı cəzalandırır. Ermənistanın işğalçı siyasətinə etiraz, eləcə də xalqın haqq tələbi ölkədəki siyasi qüvvələri birləşdirir. Siyasi partiyaların rəhbərlərinin birgə bəyanatı, eləcə də videokonfrans formatında keçirilən görüşlər Azərbaycan xalqının və ölkənin siyasi partiyalarının yekdilliklə cənab Prezidentin yanında olduğunu nümayiş etdirir. Ölkənin 50 siyasi partiyasının Ali Baş Komandan İlham Əliyevin yanında olduqlarına dair bəyanatı milli və siyasi həmrəyliyin əyani göstəricisidir. Bu bəyanat, həmçinin ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur”. Bu fikirləri isə Ana Vətən Partiyasının (AVP) sədr müavini Arzuman Abdulkərimov deyib.
A.Abdulkərimovun sözlərinə görə, bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha çox milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyin təcəssümüdür. Başqa sözlə, bu bəyanat təkcə xalqla hökumətin vahid mövqeyindən xəbər vermir, eyni zamanda, Azərbaycanda mövcud olan həmrəyliyin göstəricisidir.
AVP sədrinin müavini deyib ki, düşmənin hücumlarının qarşısını almaq, əhalimizin təhlükəsizliyini təmin etmək məqsədilə qəhrəman ordumuzun əks-hücum əməliyyatları tamamilə məntiqlidir və təcavüzkar Ermənistan bunun bədəlini ödəməkdədir: “İnanırıq ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz uzun illərdən bəri işğala məruz qalan müqəddəs torpaqlarımızı tam azad edəcək, dövlətçilik və hərb tariximizə şanlı səhifələr yazacaq”.
AXCP və “Müsavat”ın bu həmrəylikdən kənarda qalmasına gəlincə, A.Abdulkərimov qeyd edib ki, bu partiyalar antimilli fəaliyyətlə məşğuldur: “Antimilli qüvvələrin ümummilli məsələlərdə həmrəylik göstərməsi mümkün deyil”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49

