/ / Moldova parlamentinin sədrinə Ermənistanın hərbi təxribatları və mülki əhalini atəşə tutması barədə məlumat verilib
Moldova parlamentinin sədrinə Ermənistanın hərbi təxribatları və mülki əhalini atəşə tutması barədə məlumat verilib
03.11.2020 [09:33]
Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Müstəqil Dövlətlər Birliyi (MDB) Parlament Assambleyasının (PA) müşahidəçilər qrupunun rəhbəri kimi noyabrın 1-də Moldovada keçirilən prezident seçkilərini müşahidə etmək üçün paytaxt Kişineuda səfərdə olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Adil Əliyev MDB PA-nın müşahidəçilər qrupunun rəhbəri kimi Moldova Respublikası parlamentinin sədri xanım Zinaida Greçeani ilə görüşüb.
Görüş zamanı Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının üzvü olan ölkələr üçün beynəlxalq müşahidə institutunun əhəmiyyəti, seçkilərin keçirilməsi və monitorinqinin qaydaları da daxil olmaqla bir çox məsələlər ətrafında müzakirələr aparılıb. Həmçinin tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.
Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirməsinə, Azərbaycanın mülki vətəndaşlarını qətlə yetirməsinə diqqət çəkən A.Əliyev Gəncə və Bərdə şəhərlərində törədilən müharibə cinayətləri barədə danışıb. Ermənistanın humanitar hüququn normalarını kobud şəkildə pozduğunu, 1949-cu il tarixli Cenevrə Konvensiyasına zidd davranışlar etdiyini və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş 4 qətnaməni bu vaxta qədər yerinə yetirmədiyini bildirib.
Görüşdə Milli Məclisin deputatları Rüfət Quliyev, Sabir Hacıyev və ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov iştirak ediblər.
Səfər zamanı Milli Məclis Sədrinin müavini Adil Əliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Moldovanın Qaqauziya muxtar ərazisində seçki prosesini gedişini izləyib, Qaqauziyanın rəhbəri İrina Vlax və Qaqauziya Xalq Məclisinin Sədri Vladimir Kıssa ilə görüşüb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

