/ / Fatma Yıldırım: Azərbaycan həm döyüş meydanında, həm də diplomatik müstəvidə böyük üstünlüyə sahibdir
Fatma Yıldırım: Azərbaycan həm döyüş meydanında, həm də diplomatik müstəvidə böyük üstünlüyə sahibdir
04.11.2020 [09:33]
“Azərbaycan həm döyüş meydanında, həm də diplomatik müstəvidə böyük üstünlüyə sahibdir. Dövlətimizin başçısı İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə müsahibələri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində mühüm əhəmiyyət kəsb edir. Bu amil informasiya müharibəsində də üstünlüyümüzü artıran vacib göstəricidir. Digər tərəfdən, Azərbaycan Prezidenti oktyabrın 26-da Azərbaycan xalqına növbəti müraciətində də Qarabağ məsələsi ilə bağlı fikirlərini bildirdi, işğalçı Ermənistana növbəti xəbərdarlıq etdi və eləcə də dünya ictimaiyyətinə mesajlar verdi”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Millət vəkilinin fikrincə, cənab Prezidentin çıxışı həm daxili auditoriyaya, həm Ermənistan ictimaiyyətinə, həm də beynəlxalq ictimai rəyə hesablanıb. Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə də münasibət bildirdiyini deyən Fatma Yıldırım söyləyib ki, Minsk qrupunun həmsədrlərinin fəaliyyəti Azərbaycana işğal faktını qəbul etdirməyə hesablanıb: “Həmsədrlər faktiki olaraq ATƏT-in Minsk qrupunu inhisara alıblar. Məhz bu səbəbdəndir ki, bütün cəmiyyətimiz, o cümlədən Azərbaycandakı siyasi partiyalar və ictimai-siyasi fəallar Minsk qrupunun fəaliyyətinə etiraz edirlər. Həmsədr ölkələrin BMT Təhlükəsizlik Şurasının oktyabrın 19-da keçirilən iclasında qurumun daimi üzvləri olan həmsədr dövlətlərin Azərbaycanın əleyhinə sənəd qəbul etdirməyə çalışması da bunu təsdiqləyir. Nə yaxşı ki, dünyada Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən ölkələr var. Bu mənada sözügedən toplantıda Qoşulmama Hərəkatının üzvü olan ölkələrin verdiyi dəstək Azərbaycanın müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıq etməsinin, çoxvektorlu diplomatiyasının effektivliyini də sübut etdi. Eyni zamanda, göründü ki, əsasən, Qərbin dominantlığı ilə yaranmış müasir dünya nizamı əbədi deyil, “dünya 5-dən daha böyükdür”.
Deputat söyləyib ki, Azərbaycan artıq yeni reallıqlar yaradıb: “Azərbaycan Prezidenti yeni istiqamətini, vasitəçilərin yeni tərkibini və yeni predmetinin təklif edilməsini istəyir. Yeni yanaşma Azərbaycanın hərb meydanında öz hüquqlarını bərpa etməsi reallığına uyğun olmalı, bunun təcavüzkar tərəfindən qəbul edilməsinə xidmət etməlidir. Həmsədrlərin məşğul ola biləcəyi fəaliyyətə gəlincə, Azərbaycanın dəyişdiyi reallıqları qəbul edib danışıqları bu reallıqları təcavüzkara qəbul etdirmək, erməni tərəfini mədəni muxtariyyət, iki icmanın birgə yaşayışı və bələdiyyə muxtariyyətləri çərçivəsində həllə razı salmaqdan ibarətdir. Bu yanaşma mədəni dünyanın standartlarına uyğundur, o cümlədən Regional Dillər və ya Azsaylı Xalqların Dilləri üzrə Avropa Xartiyasına, Avropa Şurasının Etnik Azlıqların Müdafiəsi Haqqında Çərçivə Konvensiyasına və digər beynəlxalq hüquqi aktlara uyğundur. Bütün bunların fonunda Ermənistan tərəfi keçmiş prezidentlərin və indiki baş nazirin dili ilə azərbaycanlılarla birgə yaşamağın mümkün olmadığı kimi irqçi fikirlər təlqin edir. Bütövlükdə isə, cənab Prezidentin mövqeyi və xəbərdarlıqları kifayət qədər konkret və ünvanlıdır. Bu mövqe beynəlxalq hüquqa, xalqın həmrəyliyinə söykənir”.
Nardar
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

