Səfir: Latviya Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir
06.11.2020 [09:39]
Noyabrın 5-də Milli Məclisin sədri Sahibə Qafarova Latviyanın ölkəmizdəki səfiri Daynis Qarançs ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, parlamentin sədri Azərbaycan dövlətinin dost və tərəfdaş Latviya ilə həyatın müxtəlif sahələrində əlaqələrin inkişafına böyük önəm verdiyini deyib. Qeyd edilib ki, ölkələrimiz dövlət müstəqilliklərini bərpa etdikdən sonra ikitərəfli münasibətlərimizin tarixində yeni dövr başlayıb, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığımız uğurlu inkişafı yoluna qədəm qoyub.
Əlaqələrimizin inkişafında dövlət başçılarının rolundan danışan spiker ölkə liderlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi qeyd edib. Bildirilib ki, münasibətlərimiz qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə söykənir. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələr ölkələrimizin maraqlarına cavab verir. Azərbaycan ilə Latviya arasında Avropa strukturları, Şərq Tərəfdaşlığı və digər beynəlxalq platformalarda da sıx əməkdaşlıq mövcuddur.
Görüşdə dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolundan danışan Sahibə Qafarova hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb, deputatların qarşılıqlı səfərlərinin pandemiyadan sonra da davam etdirilməsinin təcrübə və informasiya mübadiləsi baxımından vacibliyini bildirib.
Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclisin sədri cəbhə bölgəsindəki vəziyyətdən danışıb, erməni tərəfinin təxribatları barədə geniş məlumat verib.
Görüşdə COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycanda və Latviyada həyata keçirilən tədbirlərlə bağlı da fikir mübadiləsi aparılıb, bu sahədə beynəlxalq əməkdaşlığın rolu qeyd olunub.
Səmimi qəbula görə minnətdarlığını ifadə edən səfir Dainis Qarançs ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib. Diplomat ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib, dövlətlərarası münasibətlərdə parlament diplomatiyasının rolunu yüksək qiymətləndirib.
Səfir qeyd edib ki, Cənubi Qafqazın baş verən proseslər onların da diqqət mərkəzindədir. O, regional münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması barədə dövlətinin mövqeyini bir daha səsləndirib.
Həmçinin parlamentlərarası əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri, ikitərəfli və beynəlxalq platformalarda əməkdaşlığın müxtəlif aspektləri, tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25

