/ / Hikmət Babaoğlu: Azərbaycanın hərbi-siyasi davranışları BMT Təhlükəsizlik Şurası və ATƏT-in Minsk qrupu tərəfindən təqdir edilməlidir
Hikmət Babaoğlu: Azərbaycanın hərbi-siyasi davranışları BMT Təhlükəsizlik Şurası və ATƏT-in Minsk qrupu tərəfindən təqdir edilməlidir
07.11.2020 [08:48]
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibədə bir sıra mühüm məsələlərə toxundu. Onlardan bir qismi sentyabr ayının 27–dək davam edən siyasi-diplomatik danışıqlar kontekstində münaqişənin həlli perspektivləri, digər qismi isə sentyabr ayının 27-dən sonra başlayan yeni aktiv faza və onun yaratdığı hərbi-siyasi reallıqlarla bağlı idi. Müsahibədən bir daha aydın oldu ki, Azərbaycan həmişə problemin sülh yolu və danışıqlar vasitəsilə həll edilməsində maraqlı olub. Ölkəmizin danışıqlar prosesinə 30 ilə yaxın bir müddətdə sadiq qalması da bunun göstəricisi sayıla bilər". Bu fikirləri Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Millət vəkili ATƏT-in Minsk qrupunun problemi ötən müddət ərzində həll edə bilmədiyini diqqətə çatdırıb: "Eyni zamanda, onların "problemin hərbi yolla həlli yoxdur" tezisi də özünü doğrultmayıb. Çünki problemin uzun illər sülh yolu ilə həll edilməməsi, əslində, elə hərb yolu ilə həll edilməsini aktuallaşdırır və zəruri edirdi. Məsələ ondadır ki, ötən illər ərzində problemin sülh yolu ilə həlli üçün bütün mümkün imkanlardan istifadə edilməyib. Halbuki belə imkanlar olub. Nəzərə almaq lazımdır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri həm də BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçüdür və bu üç dövlət özlərinin səs verdikləri TŞ-nin qətnamələrinin tələblərinin yerinə yetirilməsinə lazımi cəhdlər etməyiblər. İşğalçı Ermənistana sanksiyaların tətbiq edilməsi, silah embarqosu qoyulması, maliyyə və iqtisadi alətlərlə təsir edilməsi imkanları heç vaxt nəzərdən keçirilməyib, tam əksinə, bəzi hallarda ayrı-ayrı həmsədr ölkələr tərəfindən işğalçı ölkə silahlandırılıb və bu da işğalın davam etdirilməsində əsas faktorlardan biri olub. Ona görə də vəziyyətin indiki fazaya daxil olması həm də bu cür yanaşmanın nəticəsidir".
"Azərbaycan isə artıq münaqişənin məhz hərbi yolla həll edilməsinin mümkünlüyünü döyüş meydanında yaratdığı yeni reallıqla sübut edib. Beləliklə, rəsmi Bakı həm BMT Nizamnaməsinin 51-ci maddəsini təmin edib və edir, həm də BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini icra edir. Ona görə də hər hansı bir xüsusi narahatlığa ehtiyac yoxdur. Nəticə etibarilə, Azərbaycan, eyni zamanda, ATƏT-in Minsk qrupunun müəyyənləşdirdiyi baza prinsipləri əsasında problemi sürətlə həll edir. Buna görə də Azərbaycanın hərbi-siyasi davranışları istər BMT və onun Təhlükəsizlik Şurası tərəfindən, istərsə də ATƏT və onun Minsk qrupu tərəfindən təqdir edilməlidir".
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

