/ / Türkiyə və Rusiya sülhməramlılarının birgə nəzarəti atəşkəsin, sabitliyin qorunmasında önəmli rol oynayacaq
Türkiyə və Rusiya sülhməramlılarının birgə nəzarəti atəşkəsin, sabitliyin qorunmasında önəmli rol oynayacaq
13.11.2020 [09:11]
Ekspertlərin fikrincə, Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə ortaq mərkəzin yaradılması barədə Türkiyə və Rusiya arasında memorandum imzalanması mühüm əhəmiyyətə malikdir
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatında münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılması ilə bağlı müddəa yer alıb. Noyabrın 11-də isə Türkiyə və Rusiya arasında Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə ortaq mərkəzin yaradılmasına dair memorandum imzalanıb. Bu memorandumu videokonfrans formatında Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqu imzalayıblar. Xatırladaq ki, sözügedən memorandumda mərkəzin vəzifə və prinsipləri müəyyənləşdirilib.
Onu da qeyd edək ki, birgə mərkəz Azərbaycan ərazisində, atəşkəs rejiminə əməl olunması barədə məlumat toplayacaq, ümumiləşdirəcək və yoxlayacaq. Mərkəz müqavilələrin pozulması ilə bağlı hər hansı şikayət, sual və ya narahatlığın araşdırılması ilə məşğul olacaq.
Məsələyə münasibət bildirən millət vəkili Anar Məmmədov deyib ki, ümumiyyətlə, Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin Bəyanatı bütün maddələri üzrə Azərbaycanın milli maraqlarını ehtiva və təmin edir: “Bəyanatın imzalanması ilə münaqişənin nizamlanması hərbi fazadan siyasi müstəviyə daşındı. Sözsüz ki, bununla Azərbaycan işğalçı Ermənistan üzərində tam siyasi-diplomatik və hərbi qələbəsini təmin etmiş oldu. Razılaşmalara əməl edilməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradıldı. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Türkiyə bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir”.
Milli Məclisin deputatı Ramin Məmmədov isə deyib ki, Rusiya və Türkiyə Müdafiə nazirlərinin imzaladıqları memorandum mühüm əhəmiyyətə malikdir: “Birgə monitorinq mərkəzinin yaradılması qərarı tərəflərin hərbi əməliyyatların dayandırılması rejiminə uyğunluğuna etibarlı nəzarət etməyə imkan verəcək. Ona görə də mərkəzin yaradılması barədə türkiyəli və rusiyalı nazirlər arasında imzalanan memorandumu Dağlıq Qarabağ bölgəsində atəşkəsin və sabitliyin qorunmasında önəmli bir addım hesab etmək olar. Bu istiqamətdə həyata keçiriləcək fəaliyyətin Azərbaycanın maraqları baxımından səmərəli və faydalı olacağına şübhə yoxdur”.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

