Milli Məclisin sədri Fransa Parlamentinin nümayəndə heyəti ilə görüşüb
13.11.2020 [09:21]
Noyabrın 12-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Fransa Parlamentinin Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lamberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə spiker Sahibə Qafarova ölkələrimiz arasında əlaqələrin zəngin tarixinin olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub. Bu gün bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva əlaqələrimizin hərtərəfli inkişafına böyük töhfələr verib. Mehriban xanım Əliyeva vaxtilə Milli Məclisdə Fransa ilə dostluq qrupunun sədri kimi parlamentlərarası münasibətlərimizin dərinləşməsində mühüm rol oynayıb. Heç də təsadüfi deyil ki, məhz bu sahədəki fəaliyyətinə görə Mehriban Əliyeva Fransa Respublikasının “Şərəf Legionunun Zabiti” dövlət ordeni ilə təltif edilib.
Milli Məclisin sədri qeyd edib ki, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız yüksələn xətlə inkişaf etməkdədir. Əlaqələrimizin inkişafında parlamentlərimizin rolu böyükdür. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söz açan Sahibə Qafarova bildirib ki, Ermənistanın növbəti təxribatından sonra sentyabrın 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına və Dağlıq Qarabağda öz ərazi bütövlüyünü bərpa etməyə başlayıb. Milli Məclisin sədri təəssüf hissi ilə qeyd edib ki, müxtəlif səviyyələrdə əlaqələrimizin mövcudluğuna baxmayaraq, Fransa tərəfi, o cümlədən Fransa dostluq qrupunun sədri bu məsələdə Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə etməyib. Əksinə, Fransanın bir sıra yüksəksəviyyəli rəsmilərinin dilindən Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən fikirlər səslənib. Bu ölkənin Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö Drianın son bəyanatı isə Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi qismində mandatına uyğun deyil və tamamilə qərəzli xarakter daşıyır. Bütün bunlar, təbii olaraq Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurur. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa edib. Bu, ölkəmizin qanuni haqqıdır.
Sahibə Qafarova Fransa nümayəndə heyətinin üzvlərinin ölkəmizə səfəri zamanı keçirilən görüşlərdə səslənən fikirlərin Fransa Milli Assambleyasında səsləndiriləcəyinə inamını ifadə edib. Ümidvar olduğunu bildirib ki, bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafına yeni təkan verəcək.
Görüşə görə minnətdarlığını bildirən Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber ölkəmizə dost kimi səfər etdiklərini söyləyib. Müstəqil Azərbaycanın fransalı dostları Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə sevinirlər. Qonaq parlamentlər səviyyəsində münasibətlərin bundan sonra da inkişaf etdirilməsini önəmli hesab etdiyini və bu əlaqələrə mühüm əhəmiyyət verdiyini vurğulayıb.
Jerom Lamber Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkələrimiz arasında münasibətlərin inkişafına verdiyi töhfələri yüksək dəyərləndirib.
Eyni zamanda, bildirilib ki, dostluq qrupunun üzvləri burada gördüklərini və Azərbaycan tərəfinin fikirlərini Fransa ictimaiyyətinə və öz həmkarlarına çatdıracaqlar.
Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan qonaq bu cür görüşlərin regionda baş verən proseslərlə yaxından tanış olmaq, informasiya mübadiləsi baxımından önəmini vurğulayıb.
Görüşdə çıxış edən Fransa-Azərbaycan dostluq qrupunun üzvləri parlamentlərarası əlaqələrin inkişafı, Cənubi Qafqazda baş verən proseslərlə bağlı fikirlərini bölüşüblər.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

