Milli Məclis sədrinin müavini İƏT-in Gənclər Forumunun prezidenti ilə görüşüb
18.11.2020 [09:39]
Noyabrın 17-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Adil Əliyev İƏT Gənclər Forumunun ilk Baş Assambleyası da daxil olmaqla, bir çox beynəlxalq tədbir və layihələrinə, o cümlədən Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin tədbirlərinə Azərbaycanın ev sahibliyi etdiyini bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət siyasətinin əsas istiqamətlərindən biri olan gənclər və idman sahəsinə böyük önəm verdiyini söyləyib. Bunun bariz nümunəsi olaraq IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirildiyini diqqətə çatdırıb. Adil Əliyev ölkəmizin ev sahibliyi etdiyi bu idman yarışlarının həm də İslam ölkələri arasındakı həmrəyliyin daha da gücləndirilməsində vacibliyini bildirib. Hazırda bu nüfuzlu təşkilata qardaş Türkiyənin rəhbərlik etməsinin əhəmiyyəti vurğulanıb.
Vitse-spiker bildirib ki, qədim tarixə malik Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bu gün daha yüksək səviyyədə həyata keçirilir. Ölkələrimiz arasında qarşılıqlı dəstək və strateji tərəfdaşlıq əlaqələrinin inkişafında dövlət başçılarının səmimi münasibətləri müstəsna rol oynayır. A.Əliyev Qarabağ uğrunda gedən Vətən müharibəsində, ərazi bütövlüyümüzün bərpa edilməsində, torpaqlarımızın işğalçılardan azad olunmasında Türkiyənin verdiyi siyasi və mənəvi dəstəyə görə hər bir Azərbaycan vətəndaşının minnətdarlığını ifadə edib.
Qonaqların ölkəmizə səfərinin olduqca əlamətdar günlərə təsadüf etdiyini bildirən Adil Əliyev xalqımızın 30 illik nisgilinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın möhtəşəm Qələbəsi ilə son qoyulmasına diqqət çəkib. Şanlı Ordumuzun qısa zamanda Ermənistan üzərində misilsiz Qələbə qazandığını, uzun illər öz yurd-yuvasından didərgin salınan bir milyondan çox soydaşımızın doğma evlərinə qayıtmağa hazırlaşdığını bildirib.
Görüşdə vitse-spiker Milli Məclisin qanun yaradıcılığı prosesindən danışıb, rəhbərlik etdiyi Gənclər və idman komitəsinin fəaliyyəti barədə məlumat verib.
Səmimi görüşə görə təşəkkürünü bildirən İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun prezidenti Taha Ayhan Gənclər Forumunun gördüyü işlər, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Hazırda Forumda dünyanın 46 ölkəsindən, o cümlədən qeyri-müsəlman ölkələrdən müsəlman gənclərin də təmsil olunduğunu qeyd edib.
Qonaq Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Forumun fəal iştirakını diqqətə çatdırıb, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində səylərini əsirgəmədiyini vurğulayıb.
Görüşdə çıxış edən Milli Məclisin Gənclər və idman komitəsi sədrinin müavini Şahin İsmayılov İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun rəhbərinin ölkəmizə səfərini yüksək qiymətləndirib. O, gənclər arasında möhkəm əlaqələrin vacib olduğunu, bu sahədə müsbət dinamikanın müşahidə edildiyini söyləyib. Azərbaycan ilə Türkiyə arasında münasibətlərin yüksələn xətlə inkişafından məmnunluğunu bildirib.
Gənclər və idman komitəsinin üzvü Eldəniz Səlimov çıxışında İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu ilə qarşılıqlı faydalı əməkdaşlıqdan söhbət açıb. Bu günlərdə yaşadığımız Qələbənin sevincindən bəhs edən deputat bu böyük zəfərin əldə edilməsində Türkiyə dövlətinin və xalqının dəstəyinə görə təşəkkür edib.
Görüşdə, eyni zamanda, gənclər siyasəti sahəsində əlaqələrin inkişafı və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

