Əli Əhmədov: Möhtəşəm zəfərlər tarixdə rəmzləri ilə yaşayır
20.11.2020 [10:05]
Qarabağın 30 il davam edən erməni işğalından azad olunması Azərbaycan xalqının çoxəsrlik tarixinin ən möhtəşəm hadisələri sırasında layiqli yer tutur. Xalqların və dövlətlərin həyatında xüsusilə mühüm əhəmiyyət kəsb edən möhtəşəm qələbələrin şərəfinə abidələrin yaradılması ənənəsi qədim dövrlərə gedib çıxır. Tarixdə mövcud olmuş və müasir dövlətlərin hər birinin qazandığı uğurlar və hərbi zəfərlər onların şərəfinə inşa edilmiş möhtəşəm abidələrdə yaşayır. Eləcə də Qarabağın azad edilməsi uğrunda müharibədə qazanılan şanlı hərbi zəfər müasir və gələcək tariximizin şərəf səhifəsi kimi yaddaşlarda və möhtəşəm xatirə abidələrində əbədi yaşayacaq. Düşünürəm ki, çox yaxın zamanlarda Bakıda gözəl Qələbə parkı salınacaq, möhtəşəm zəfər obeliski (yaxud zəfər tağı) inşa ediləcək, ən böyük və abad küçələrdən biri Qələbə xiyabanı adlandırılacaq. Ordumuzun və xalqımızın möhtəşəm zəfərinin böyük tarixi əhəmiyyətini vurğulayan və paytaxtımızın yeni, onun gözəlliyini daha da artıran rəmzləri meydana gəlmiş olacaqdır. Möhtəşəm Qələbənin tarixi dəyərinin əks etdirilməsi məqsədilə qızıl xatirə sikkələrinin buraxılması da güman edirəm ki, diqqətdən kənarda qalmayacaq.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib.
Əli Əhmədov qeyd edib ki, böyük tarixi şəxsiyyət zirvəsinə yüksələn lider olmadan xalqın həyatını zənginləşdirən möhtəşəm hadisələri və qələbələri təsəvvür etmək mümkün deyil. Ölkəsinin taleyində müstəsna rol oynamış, xalqına xüsusilə böyük qələbələr bəxş etmiş liderlərin şərəfinə şəhərlər salınması ənənəsi min illər boyu yaşamaqdadır. İsgəndəriyyə, Sankt-Peterburq, Vaşinqton şəhərləri adlarını daşıdığı tarixi şəxsiyyətlərin müstəsna xidmətlərini əks etdirir, insanların onlara hörmət, ehtiram və minnətdarlığını ifadə edir. Siyahını sonrakı tarixi dövrlərdən, hətta müasir günlərimizdən nümunələrlə artırmaq mümkündür.
Qarabağın azad edilməsi ilə nəticələnən zəfər yürüşü Azərbaycan vətəndaşları tərəfindən xalqımızın son yüzilliklər ərzində qazandığı ən möhtəşəm hərbi uğur hesab edilir. Tarixi Qələbəmizin başlıca və həlledici müəllifi olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə xalqın hədsiz məhəbbəti və minnətdarlığı hazırki milli düşüncənin aparıcı ideyasıdır.
“Onun dövlətimizin bu günü və gələcəyi baxımından müstəsna əhəmiyyət kəsb edən tarixi xidmətlərini əhalimiz ən səmimi istək və duyğularla layiqincə qeyd etməyi ürəkdən arzulayır. Bu məqamda yüz illərlə tarixdə yaşayan və bu günlərimizə gəlib çatan ənənəyə Azərbaycanda müraciət etməyin tam zamanı olduğunu düşünürəm. Prezident İlham Əliyev qeyd etdiyi kimi, erməni işğalından azad edilmiş doğma Qarabağın yenidən qurulması dövlətimizin yaxın illərdə qarşısında duran əsas vəzifədir. Heç şübhə yoxdur ki, Qarabağ təkcə Azərbaycanda deyil, bəlkə də dünyada ən müasir, ən rahat məskunlaşma məkanı olacaq, burada gözəl şəhərlər salınacaq, yeni və inkişaf etmiş infrastruktur yaradılacaq. Dövlət məmuru kimi deyil, bir vətəndaş olaraq inanıram ki, azad edilən torpaqlarımızda müqəddəs Qarabağ savaşında misilsiz hərbi uğurumuzun və onun müəllifi Prezident İlham Əliyevin şərəfinə böyük, müasir və gözəl şəhərin salınması həm 30 illik işğala son qoymuş qələbəmizin tarixi əhəmiyyətinin, həm də Müzəffər Ali Baş Komandanın müstəsna xidmətlərinə görə xalqın ona minnətdarlığının layiqli ifadəsi olardı. Bu şəhər eyni zamanda keçmiş və gələcək tarix nöqteyi-nəzərindən qədim Qarabağ diyarının Azərbaycan xalqına mənsubluğunun daha bir simvoluna çevrilərdi. Torpaqlarımızın azadlığı uğrunda savaşda qazanılan möhtəşəm zəfərimiz də, onun əsas müəllifi Müzəffər Ali Baş Komandan İlham Əliyev də buna layiqdir”, - deyə Əli Əhmədov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

