/ / Azərbaycandakı diplomatik korpusun nümayəndələri Tərtərdə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar
Azərbaycandakı diplomatik korpusun nümayəndələri Tərtərdə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar
01.12.2020 [09:00]
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Tərtərdə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, diplomatlar düşmənin Tərtərə atdığı kasetli raketlərin qalıqlarına baxıblar. Bildirilib ki, düşmən Tərtərə 21 kasetli raket atıb. Onun 14-nün qalıqları Tarix-Diyarşünaslıq Muzeyinin yanında sərgilənir.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib ki, Ermənistan silahlı qüvvələri mütəmadi olaraq Tərtər rayonunun mərkəzini, qəsəbə və kəndlərini, mülki infrastruktur obyektlərini ağır artilleriya qurğularından atəşə tutub. Tərtər hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ən çox atəşə məruz qalmış Azərbaycan şəhərlərindən biridir. Elə günlər olurdu ki, Tərtər şəhərinə gündəlik 2300-2400-dən çox mərmi düşürdü. Tərtər şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən məqsədyönlü şəkildə bombardman edilirdi. Bunun da nəticəsində mülki insanlar arasında çoxlu sayda ölənlər və yaralananlar olub. Bu məqsədlə Ermənistan silahlı qüvvələri kasetli “Smerç” raketləri də daxil olmaqla, bütün növ artilleriyadan istifadə edirdi. Oktyabrın 3-4-də ATƏT xətti ilə Ermənistanın ovaxtkı müdafiə naziri David Tonoyana müraciət olundu ki, Tərtər şəhərinin bombalanmasını dayandırın, orada mülki insanlar yaşayır. Amma o, dayandırmadı, əksinə, daha da intensivləşdirdi. Həmin müharibə cinayətkarı müdafiə naziri vəzifəsindən azad olunsa da, bu kimi cinayət əməllərinə görə cavab verməlidir. Beynəlxalq münasibətlərdə şəhərlərə qarşı bu cür əməllər urbisid, yəni, genosidin şəhərlərə qarşı istifadə edilməsi termini ilə izah olunur. Tərtər şəhəri də bunun bariz nümunəsidir. Ermənistan tərəfindən Tərtərə qarşı genosid siyasəti həyata keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, 44 gün davam edən müharibə zamanı Tərtərə 16 mindən çox mərmi atılıb. Şəhər ermənilər tərəfindən əsasən artilleriya atəşinə tutulub. Şəhərin mərkəzi də daxil olmaqla, 44 yaşayış məntəqəsi atəşə məruz qalıb. Qadağan olunmuş 21 “Smerç” raketi atılıb, 4 min obyektə, 2 min fərdi evə, çoxlu sayda məktəb binasına ziyan dəyib.
Diplomatlar Tarix-Diyarşünaslıq Muzeyində oktyabrın 29-da Ermənistan ordusu tərəfindən Tərtərə atılmış və sakinlərdən birinin evinə düşərək yemək masasını deşib keçmiş “Smerç” raketinə baxıblar.
Sonra diplomatlar Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsinə gediblər. Məlumat verilib ki, yaşayış məhəlləsindəki çoxmənzilli binaların hamısı Ermənistan silahlı qüvvələrinin artilleriya atəşinə məruz qalıb. Binalara, klub icma mərkəzinə, həkim məntəqəsinə, musiqi məktəbinə ciddi ziyan dəyib.
Diqqətə çatdırılıb ki, Ermənistan yaşayış məntəqələrini atəşə tutmaqla müharibə cinayəti törədib, mülki insanlara qarşı terror vasitələrindən istifadə edib, beynəlxalq humanitar hüququ kobudcasına pozub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

