Adil Əliyev: Laçın rayonunun işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür
03.12.2020 [10:25]
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən aparılan 44 günlük müharibə nəticəsində əzəli və əbədi torpaqlarımız düşmən işğalından azad edilməklə, uzun illərdən sonra ölkəmizin ərazi bütövlüyü bərpa edildi.
AZƏRTAC xəbər verir ki, bunu KİV-ə açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.
Adil Əliyev bildirib ki, işğal edilmiş ərazilərimizin azad edilməsi uğrunda rəşadətli Ordumuz misli görünməmiş şücaət göstərdi və düşmənə vurulan ağır zərbələrin nəticəsində Ermənistan məğlub olaraq döyüş meydanından qaçdı. Vətən müharibəsi zamanı düşmən tam şəkildə məğlub oldu, döyüş meydanında başlayan Qələbə yürüşü adekvat olaraq diplomatik masada da dövlətimizin başçısı tərəfindən çox böyük uğurla davam etdirilir.
Dekabrın 1-də Laçın rayonunun işğaldan azad edilməsinin şanlı qələbəmizin təcəssümü olduğunu vurğulayın Milli Məclis sədrinin müavini deyib: “Prezident İlham Əliyevin xarici telekanallara verdiyi müsahibələr zamanı Ermənistanın təcavüzkar siyasətini bir daha dünyanın diqqətinə çatdırması, bütün dünyanın de-fakto olaraq Ermənistanı təcavüzkar ölkə kimi tanımasına gətirib çıxardı. Qeyd etmək lazımdır ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən icra edilməsə də bu vaxta qədər işğalçıya qarşı heç bir tədbir görülməmişdir. Yalnız sentyabrın 27-də erməni təxribatından sonra əks-hücum əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu bu qətnamələrin icrasına nail oldu. Döyüş meydanında qazandığımız uğurlar düşməni Ağdamdan, Kəlbəcərdən və Laçından çıxmağa məcbur etdi. Beləliklə, bu qətnamələrin də icrası təmin olundu, Azərbaycanın ərazi bütövlüyü təmin edildi.
Laçının mühüm strateji əhəmiyyət kəsb etməsi səbəbindən Ermənistan və onun havadarları bu rayonun təhvil verilməsini heç vaxt istəməmişdilər. Lakin Ali Baş Komandanın həm müharibə meydanında, həm də diplomatik müstəvidə göstərdiyi qətiyyət və qazanılmış uğurlar həmin ərazilərin Ermənistan tərəfindən qeyd-şərtsiz işğaldan azad edilməsini təmin etdi. Dövlətimizin başçısının xalqa müraciətində qeyd etdiyi kimi, “Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.
Adil Əliyev qeyd edib ki, Laçın rayonunun təhvil verilməsi ilə birgə Bəyanatın daha bir müddəası icra edildi. 28 il ərzində üzərinə götürdüyü öhdəliklərə, beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərə məhəl qoymayan Ermənistan Azərbaycan Respublikası Prezidentinin qətiyyətli iradəsi, şanlı Ordumuzun göstərdiyi şücaət sayəsində məğlub edildi və torpaqlarımızdan çıxmağa məcbur oldu. Yaşasın bizə bu qələbəni bəxş edən Müzəffər Ali Baş Komandan, eşq olsun Azərbaycan Ordusuna.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

