Eldar İbrahimov: Bundan sonra işğaldan azad olunmuş ərazilərimizdə quruculuq dövrü başlayır
04.12.2020 [09:19]
“Dekabrın 1-də Laçın rayonunun işğalına son qoyuldu. 28 ildən sonra Laçın rayonu bir güllə atılmadan və bir şəhid verilmədən erməni işğalından azad olundu. Müzəffər Ali Baş Komandanımız növbəti Zəfər tarixi yazdı, Laçını laçınlılara, əzəli-əbədi sahiblərinə, bütün Azərbaycan xalqına qovuşdurdu. Beləliklə, müharibə tam mənada başa çatdı, 10 noyabr Bəyanatının şərtlərinə uyğun olaraq, torpaqlarımızın işğalına bütövlükdə son qoyuldu, həmçinin BMT Təhlükəsizlik Şurasının 27 il öncə qəbul etdiyi, ancaq icra etmədiyi 4 qətnaməsini özümüz icra etdik”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.
Eldar İbrahimov bildirib ki, işğal altında olan ərazilərimizin böyük bir hissəsini döyüşlə, qalan hissəsini isə 10 noyabr razılaşmasına əsasən geri aldıq. O təəssüflə qeyd edib ki, 28 il öncə Azərbaycan üçün çox strateji əhəmiyyətə malik olan Laçın rayonunu itirmişdik: “Laçın erməni təcavüzünün, onun arxasında dayanan çirkin dairələrin fitnə-fəsadlarının, eləcə də Azərbaycandakı hərc-mərcliyin, hakimiyyət davasının qurbanı oldu. O vaxtkı hadisələr bugünkü kimi gözümün qarşısındadır. Laçın işğal olunan günü Bakıda hakimiyyət mübarizəsi gedirdi. 18 may tarixində Ali Sovetin sessiyası keçirildi və İsa Qəmbər parlamentin sədri seçildi. Əgər həmin dövrdə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlsəydi torpaqlarımız işğal olunmazdı. Amma çox təəssüflər olsun ki, bizlər bu ağır təcrübəni yaşadıq. Bununla belə, şükürlər olsun ki, artıq həmin günlər geridə qaldı. Biz artıq torpaqlarımızın işğalına son qoymuşuq, məğlub edilmiş xalqdan qalib xalqa çevrilmişik, Zəfər çalmışıq, Qələbə qazanmışıq. Bu, çox böyük tarixi Zəfər, möhtəşəm Qələbədir. Bu, dünya hərb elminə düşəcək, qızıl hərflərlə həkk olunacaq bir qalibiyyətdir. Bunu hələ çoxları öyrənəcək, bundan hələ çoxları istifadə etməyə çalışacaq. Qələbəni bizə yaşadanlara - Müzəffər Ali Baş Komandana və rəşadətli Ordumuza minnətdarıq, onlara borcluyuq, qanları torpaqlarımıza qarışmış şəhidlərimizə vəfa borcumuz var”.
YAP İdarə Heyətinin üzvü söyləyib ki, işğaldan azad olunmuş ərazilərimizdə müqəddəs üçrəngli bayrağımız uçaldılıb: “Biz qalib ölkəyik, artıq kimsə bizimlə zor, təhdid, güc dilində danışa bilməz, şərtləri diktə edən bizlərik. Düşmənin və havadarlarının dərsini verdik. Öz bayrağımızı Şuşada və bütün başqa şəhər və rayonlarımızda ucaltdıq. Hər kəs gücümüzü, qüdrətimizi, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, başını əzdi. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Ali Baş Komandanın Laçının işğaldan azad olunması ilə bağlı Azərbaycan xalqına müraciətində deyildiyi kimi, bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bunun üçün də bütün göstərişlər verilib. İradəmiz də var, təcrübəmiz də var. “İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!”, - deyərək Ali Baş Komandan, həmçinin bildirdi ki, ölkəmiz üçün yeni dövr başlayır. Bu, quruculuq, inkişaf, azad edilmiş ərazilərimizin bərpası dövrüdür. Hamımız əminik ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan dövləti və xalqı həmrəylik şəraitində dağıdılmış şəhərləri, kəndləri bərpa etmək üçün bütün imkanlarını səfərbər edəcək. Biz bundan sonra da böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir. Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

