/ / Hikmət Babaoğlu: Heydər Əliyev erası Azərbaycanda quruculuq, inkişaf, sabitlik, tərəqqi və müstəqillik dövrüdür
Hikmət Babaoğlu: Heydər Əliyev erası Azərbaycanda quruculuq, inkişaf, sabitlik, tərəqqi və müstəqillik dövrüdür
12.12.2020 [00:12]
“Dekabrın 12-si böyük dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı Ulu Öndərimizin əziz xatirəsini minnətdarlıqla və böyük ehtiramla yad edir. Heç tərəddüdsüz demək olar ki, bu günün müstəqil və qüdrətli Azərbaycanı böyük dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şah əsəridir. Hazırda Azərbaycanın iqtisadi, mədəni, siyasi, sosial həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin imzası olmasın. Azərbaycanın ən yeni tarixinin böyük bir erası məhz Onun adı ilə bağlıdır. Heydər Əliyev erası Azərbaycanda quruculuq, inkişaf, sabitlik, tərəqqi və müstəqillik dövrüdür. Müasir mərhələdə Azərbaycanın inkişafı da məhz Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş iqtisadi, siyasi, mədəni, intellektual əsaslarda baş tutur”. Bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Millət vəkili vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev ideoloji baxımdan iki ziddiyyətli dövrdə - respublikamız Sovet İttifaqının tərkibində olanda və müstəqillik dövründə Azərbaycana rəhbərlik edib, amma hər iki dövrün bir səciyyəvi cəhəti var: “Bu da ondan ibarətdir ki, hər iki dövrdə O, Azərbaycan dövlətçiliyinin, xalqının inkişafına, onun mənafeyinə xidmət edib. Bu gün böyük fəxarətlə bəhs etdiyimiz azərbaycançılıq məfkurəsi, multikulturalizm ideyaları, tolerantlıq məsələlərinin hamısı böyük dövlət xadiminin hələ Sovet dövründə Azərbaycanda həyata keçirdiyi siyasətlə bağlı olub. Bu gün Azərbaycan cəmiyyətinin intellektual lokomotivi hesab edilən böyük ziyalı ordusunun yaranmasında Heydər Əliyevin danılmaz rolu olub. Onun Azərbaycan ədəbiyyatının inkişafında, mədəniyyət, ədəbiyyat xadimlərinin SSRİ-nin ideoloji repressiyalarından qorunmasında böyük xidmətləri olub. Bunlarla yanaşı, Ulu Öndər Heydər Əliyevin milliliyə və milli dəyərlərə xüsusi önəm verməsi ölkəmizin həyatında mühüm rol oynayıb. Bu gün biz paytaxtımız Bakı haqqında danışanda onu Azərbaycanın milli şəhəri kimi təqdim edirik. Ümummilli Lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də ötən əsrin 70-ci illərinə qədər SSRİ-nin kosmopolit şəhəri kimi tanınan bir şəhərin daha sonralar milliləşdirilməsi olub. Müstəqillik dövründə ölkənin vətəndaş müharibəsindən xilas olması, Ermənistanla atəşkəsin əldə edilməsi, güclü ordu quruculuğu, Azərbaycanın bu gün uğurla həyata keçirilən neft strategiyasının, səmərəli xarici siyasətinin əsasları da məhz böyük dövlət xadimi tərəfindən qoyulub. Ən əsası, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması da Heydər Əliyev siyasətinin Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olub”.
“Bütövlükdə, əgər biz Azərbaycan tarixində Heydər Əliyev dövrünü xarakterizə etsək, deyə bilərik ki, bu, Azərbaycan xalqının sosial-siyasi tarixində milli neokonservatizm dövrüdür. Yəni bu, həm cəmiyyətin tarixi, milli ənənələrinin qorunması, həm də onun üzərindən yeni dəyərlərin mənimsənilməsi və qəbul edilməsi mərhələsidir ki, bu da müasir Azərbaycanın sosiokulturoloji və etnokulturoloji strukturunun yaranmasında əvəzedilməz rol oynayıb. Bir sözlə, Heydər Əliyev dövrü Azərbaycanın inkişaf, sabitlik, tərəqqi, müstəqillik mərhələsi, dövlət müstəqilliyinin təməllərinin çox ciddi və möhkəm əsaslarda qoyulduğu dövrdür. Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Çünki illər keçdikcə Ümummilli Liderimizin gördüyü işlərin böyüklüyü, möhtəşəmliyi daha aydın görünür, daha yaxşı dərk edilir”, - deyə Hikmət Babaoğlu əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

