/ / “Eurasia Daily Monitor” nəşrində Azərbaycanın Qarabağ müharibəsində qazandığı Qələbəyə dair məqalə dərc olunub
“Eurasia Daily Monitor” nəşrində Azərbaycanın Qarabağ müharibəsində qazandığı Qələbəyə dair məqalə dərc olunub
13.01.2021 [09:24]
ABŞ-ın “Jamestown” Fondunun “Eurasia Daily Monitor” nəşrində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqovun Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə və ölkəmizin Qarabağ müharibəsində qazandığı Qələbə ilə bağlı məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə 2020-ci ildə Azərbaycanda baş verən hadisələr, həyata keçirilən islahatlar, eləcə də II Qarabağ müharibəsi barədə söhbət açılır.
Müəllif il ərzində ölkə daxilində baş verənləri təhlil edərək Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərindən bəhs edir. Bundan başqa, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının rəhbər şəxslərindən ibarət qərargahın yaradıldığını bildirir.
Məqalədə ötən il iyul ayının 12-16-da Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan sərhədində dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutduğunu diqqətə çatdırır. Həmçinin bildirilir ki, 2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri qətiyyətli əks-hücum əməliyyatlarına başlayıb və bir neçə rayonu, eləcə də strateji əhəmiyyətli digər əraziləri işğaldan azad edib. Minlərlə insanın ölümü ilə nəticələnən və 44 gün davam edən Vətən müharibəsinə noyabrın 10-da imzalanmış atəşkəs Bəyanatı ilə son qoyuldu. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış Bəyanatın tələblərinə əsasən, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan üç rayonundan da çıxarıldı. Azərbaycanlı məcburi köçkünlərin nəhayət ki, 27 illik həsrətdən sonra öz torpaqlarına qayıtmaq imkanı yarandı.
Müəllif bildirir ki, ikinci Qarabağ müharibəsinin bitməsi Cənubi Qafqaz üçün yeni infrastrukturun formalaşmasına geniş imkanlar açıb. Üçtərəfli Bəyanata əsasən, Azərbaycanla Ermənistan arasında, o cümlədən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri 30 ildən sonra yenidən bərpa olunacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla, Azərbaycan və digər dövlətlərin rəsmiləri Cənubi Qafqaz üçün alternativ gələcək təklif ediblər və hətta Ermənistanı on illərdir təcrid olunduğu regional layihələrə qoşulmağa dəvət ediblər. Beləliklə, Ermənistan bu cür çağırışları qəbul edəcəyi təqdirdə bir vaxtlar müharibə aparan dövlətlərin sülh əldə edə biləcəyi il bağlı ehtimallar mövcuddur.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

