/ / Arzuman Abdulkərimov: Artıq tarixə qovuşmuş 2020-ci il Azərbaycan üçün böyük uğurlarla yadda qaldı
Arzuman Abdulkərimov: Artıq tarixə qovuşmuş 2020-ci il Azərbaycan üçün böyük uğurlarla yadda qaldı
13.01.2021 [09:35]
“Artıq tarixə qovuşmuş 2020-ci il Azərbaycan üçün böyük uğurlarla yadda qaldı. Ölkəmiz ötən ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək özünün ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Vətən müharibəsi apardı. 44 gün davam edən müharibədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri düşmənə sarsıdıcı zərbələr endirdi və işğalçı Ermənistanı məğlubiyyətə uğratdı. Öz məğlubiyyətini etiraf edən Ermənistan noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanata imza atmaq məcburiyyətində qaldı və bu sənədə əsasən, üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təhvil verdi. Bununla da 30 il ərzində həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu və ölkəmizin ərazi bütövlüyü tam təmin olundu”. Bu fikirləri qəzetimizə açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədr müavini Arzuman Abdulkərimov deyib.
A.Abdulkərimov bildirib ki, Vətən müharibəsində qazanılan şanlı qələbənin ölkəmiz və xalqımız üçün əhəmiyyəti çox böyükdür. Prezident İlham Əliyevin yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə qeyd etdiyi kimi, bu Qələbə tarixdə əbədi qalacaq. Hazırda qarşıda duran vəzifə Vətən müharibəsində qazanılan şanlı qələbəni siyasi yolla möhkəmləndirmək, regionda erməni faşizminin baş qaldırmasına imkan verməmək, keçmiş münaqişə və indiki reallıqla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında beynəlxalq ictimaiyyətə məlumat çatdırmaqdan ibarətdir. Müharibədə sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın revanşist cəhdlərinin və təxribat əməllərinin qarşısının alınması da vacib məsələlər sırasında dayanır.
“Hazırda işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərinə başlanılıb və Qarabağ regionunun gözəl gələcəyi var. Azərbaycan dövləti bu əraziləri dünyanın ən gözəl məkanlarından birinə çevirəcək. Bir məqamı da vurğulamaq istəyirəm ki, Vətən müharibəsi dövründə biz xalq olaraq çox güclü həmrəylik nümayiş etdirdik. Siyasi baxışlarından, mövqeyindən və əqidəsindən asılı olmayaraq, hər kəs bir amal uğrunda birləşdi. Təbii ki, biz buna Prezidentimizin həyata keçirdiyi islahatlar nəticəsində nail olduq. Genişmiqyaslı islahatların tərkib hissəsi kimi demokratik, siyasi islahatlar ölkəmizdə həmrəyliyimizin və birliyimizin güclənməsində mühüm rol oynadı. Bundan sonrakı mərhələdə qələbəmizi siyasi yollarla möhkəmləndirmək, erməni faşizmini və vandalizmini ifşa etmək üçün beynəlxalq müstəvidə fəaliyyətimizi gücləndirməliyik. Bu prosesdə siyasi partiyalar olaraq fəaliyyətimizi daha da artırmalıyıq”, - deyə AVP sədrinin müavini vurğulayıb.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

