AZƏRTAC Yaponiya-Azərbaycan Dostluq ilinə informasiya dəstəyi göstərəcək
14.01.2021 [09:40]
Yaponiya səfiri Tokioda Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki dağıntıları əks etdirən fotosərginin təşkili barədə təşəbbüsü dəstəkləyib
AZƏRTAC Yaponiyanın Azərbaycandakı səfirliyi ilə birlikdə Yaponiya-Azərbaycan Dostluq ilinə informasiya dəstəyi göstərəcək.
Bu məsələ və ikitərəfli əməkdaşlığa dair digər məqamlar yanvarın 13-də AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vadanın görüşündə müzakirə olunub.
Səfirliyin təşəbbüsü ilə keçirilən görüşdə qeyd olunub ki, AZƏRTAC Yaponiyanın aparıcı Kyodo və JiJi Press xəbər agentlikləri ilə sıx tərəfdaşlıq edir. Əməkdaşlıq həm ikitərəfli formatda, həm də Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) və digər beynəlxalq informasiya qurumları çərçivəsində həyata keçirilir. 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Təşkilatına və OANA-ya sədrlik edən AZƏRTAC hazırda bu qurumların idarəedici orqanlarında təmsil olunur.
Bildirilib ki, Azərbaycanın 30 ilə yaxın işğal altında qalan torpaqları Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə nəticəsində azad edilib. Erməni işğalçıları tərəfindən dağıdılan bu ərazilərdə bərpa-quruculuq işlərinə start verilib. Ölkəmizdə mədəniyyət və incəsənət sahələrinin inkişafına da xüsusi önəm verilir və Birinci vitse-prezident Mehriban Əliyevanın geniş fəaliyyəti sayəsində bu istiqamətdə böyük uğurlar qazanılıb.
Azərbaycan mədəniyyəti, tarixi və adət-ənənələri ilə yaxından tanış olmaqdan məmnunluğunu ifadə edən səfir Cuniçi Vada bildirib ki, iki ölkə arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. 2022-ci ildə diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyini diqqətə çatdıran səfir deyib: “Bununla bağlı Yaponiya-Azərbaycan Dostluq ili çərçivəsində mədəniyyət, təhsil, iqtisadiyyat və digər sahələrdə qarşılıqlı tədbirlərin keçirilməsi planlaşdırılır. Bu tədbirlərə hazırlıq olaraq Yaponiyanın Azərbaycanda daha geniş tanıdılması istiqamətində AZƏRTAC ilə əməkdaşlıqdan məmnun olardıq”.
İdarə Heyətinin sədri Aslan Aslanov qeyd edib ki, AZƏRTAC əməkdaşlıq etdiyi aparıcı informasiya agentlikləri ilə birgə yaxın gələcəkdə bir sıra ölkələrdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən dağıdılmış abidələri, ibadətgahları və yaşayış yerlərini əks etdirən fotosərgilər təşkil etməyi planlaşdırır. Çox istərdik ki, belə bir sərgi ilk dəfə olaraq Kyodo və JiJi Press ilə əməkdaşlıq çərçivəsində Tokioda təşkil olunsun. Bu təşəbbüsü dəstəkləyən səfir Yaponiyada sərginin təşkilinə məmnuniyyətlə kömək göstərməyə hazır olduğunu bildirib.
Görüşdə səfirə AZƏRTAC-ın informasiya, video və foto xidmətləri barədə məlumat verilib, səfirliyin fəaliyyətinin işıqlandırılması, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

