Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında sıx əlaqələr qurulmasını istərdik

Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında sıx əlaqələr qurulmasını istərdik

16.01.2021 [09:36]

AZƏRTAC ilə Əlcəzair KİV-ləri arasında əməkdaşlığın qurulması və informasiya mübadiləsinin aparılması ölkələrimiz haqqında daha obyektiv və dürüst məlumatların yayılmasına şərait yaradar.

Bu fikirlər AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Əlcəzairin Azərbaycandakı səfiri xanım Salima Abdelhakın görüşündə səsləndirilib. Səfirliyin təşəbbüsü ilə keçirilən görüş zamanı birgə layihələrin reallaşdırılması, məlumatların operativ mübadiləsi məsələləri müzakirə olunub.

Qonağa AZƏRTAC-ın fəaliyyəti və dünya informasiya məkanında mövqeyi barədə məlumat verilib. Bildirilib ki, agentliyimiz bir sıra beynəlxalq və regional media qurumları çərçivəsində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyində Əlcəzair Xəbər Agentliyi (APS) ilə əməkdaşlıq edir. Bu münasibətlərin ikitərəfli müstəviyə keçirilməsi, Azərbaycan və Əlcəzairin aparıcı informasiya agentlikləri arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı xəbər mübadiləsi hər iki tərəf üçün faydalı olar.

Azərbaycanla bağlı məlumatları AZƏRTAC-ın saytında ərəb və fransız dillərində əldə etdiyini deyən Salima Abdelhak agentliyin Əlcəzair haqqında da xəbərlər yaymasından məmnunluğunu ifadə edib. “AZƏRTAC ilə APS agentliyi arasında daha sıx əlaqələr qurulmasını istərdik. Düşünürəm ki, xəbər mübadiləsinin üçüncü tərəf vasitəsilə deyil, birbaşa iki agentlik arasında aparılması önəmlidir”, - deyə diplomat bildirib.

Görüşdə, həmçinin informasiya sahəsində əməkdaşlığın perspektivləri, medianın inkişafındakı tendensiyalar və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 557 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31