/ / Ermənilər törətdikləri vandalizm aktlarına görə beynəlxalq məhkəmələrdə hökmən layiqli cəzalarını almalıdırlar
Ermənilər törətdikləri vandalizm aktlarına görə beynəlxalq məhkəmələrdə hökmən layiqli cəzalarını almalıdırlar
25.02.2021 [09:08]
Dövlətimizin başçısı İlham Əliyevin bütün çıxışlarının mahiyyətində bu vacib məsələ dayanır ki, tarixin saxtalaşdırılmasına yol verilməməlidir. Azərbaycanın çox zəngin tarixi vardır. Biz öz zəngin tariximizi, həqiqətlərimizi dünya miqyasında daha dolğun təqdim etməliyik. Məqsəd ilk növbədə, Azərbaycan həqiqətlərinə şübhə ilə yanaşanlara xalqımızın nə qədər zəngin tarixə malik olduğunu göstərməkdir. Möhtərəm Prezidentimiz daim alimlərimizin, mütəxəssislərimizin qarşısında bu vacib tələbi qoyur ki, tarixi həqiqətlərimiz cəmiyyətə və dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, hazırkı postmüharibə dövründə bu işlərin miqyasının daha da genişləndirilməsinə böyük zərurət duyulur: “Əlbəttə, bizim tariximiz böyük sərvətimizdir. Tarixi faktlar da sübut edir ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Buna əmin olmaq üçün təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Bu, artıq təkzibolunmaz faktdır ki, həmin xəritələrdə indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Lakin təəssüflər olsun ki, uzun müddət, xüsusilə müstəqilliyimizin ilk illərində bədnam qonşularımızın havadarlarının hərtərəfli himayəsi sayəsində indiki Ermənistan ərazisindəki Azərbaycan mənşəli toponimlərin erməniləşdirilməsinin qarşısını almaq mümkün olmayıb”.
Baş redaktor bu mühüm məqamı xüsusi vurğulayıb ki, yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir: “Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılmağa, təhrif edilmiş hadisələr özünün əsl qiymətini almağa başladı. Tarixi faktlar sübut edir ki, Azərbaycanın İrəvan xanlığının və Qərbi Azərbaycanın digər ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail olublar. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına bəraət qazandırmaq məqsədilə zaman-zaman erməni xalqının olmayan tarixinin şişirdilməsinə yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırılıb. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. Ötən əsrin əvvəllərində ermənilərin Bakıdan başlanan vəhşilikləri qısa zaman kəsiyində Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan yaşayış məntəqələrini əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, yerlə-yeksan edilib, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmağa, özlərinin əsassız torpaq iddialarını azərbaycanlıları bütün dünyaya “vəhşi xalq” kimi tanıtmaq niyyətini güdən çirkin təbliğatları ilə pərdələməyə cəhd göstərmişlər. Tarixi düşmənlərimiz keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin guya erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. 1988-ci ildə ermənilərin respublikamıza qarşı torpaq iddiasının yenidən baş qaldırması nəticəsində yaranan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin 30 ilə yaxın müddətdə uzanmasının səbəbi də məhz dünyanın ikili siyasəti, ermənilərin başına çəkilən sığallar olmuşdur”.
Vüqar Rəhimzadə qeyd edib ki, bədnam qonşularımızın işğaldan azad edilmiş torpaqlarımızda dini və tarixi abidələrimizi yerlə-yeksan etmələrində də əsas məqsəd onların Azərbaycana məxsusluğunu gizlətmək idi: “Azərbaycanın işğal olunmuş ərazilərində yaşı minilliklərlə ölçülən bütün tarixi abidələr, məscidlər, məzarlıqlar, müqəddəs ocaqlar Ermənistan tərəfindən dağıdılıb, muzeylər və maddi-mənəvi sərvətlər talan edilib. Ermənistan işğal olunmuş ərazilərdə məqsədli şəkildə Azərbaycan izini itirməyə çalışaraq bir çox tarixi toponimlərimizi erməniləşdirməyə çalışıblar. Dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş rayonlarımıza səfəri zamanı şəhər və kəndlərimizin adlarının erməniləşdirilərək yazıldığı lövhələrin ayaq altına atılıb əzilməsi bir daha ermənilərə və onlara dəstək verənlərə ciddi mesaj, həmçinin dərs oldu. Ermənilərin Azərbaycanın işğal olunmuş torpaqlarında tarixi-dini abidələrə qarşı törətdikləri saxtakarlıq və cinayət əməlləri beynəlxalq səviyyədə təsbit olunmuş sənədlərin, konvensiyaların tələblərini ayaq altına atmaq deməkdir. Özünü sivil dünya adlandıran beynəlxalq aləm unutmamalıdır ki, Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus maddi-mədəni irsi məhv etməsi yalnız Azərbaycana qarşı yönəlməyib. Bu, ümumbəşəri sivilizasiyaya qarşı törədilən vəhşilik, vandalizm aktıdır”.
Baş redaktor qeyd edib ki, özünün xarici siyasətində daim beynəlxalq hüquqa önəm verən Azərbaycan dövləti işğalçı Ermənistanın törətdiyi bu kimi cinayət əməllərinə görə cəzalandırılacağına əmindir. Bu əminliyə əsas verən 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, dünyanın xarici siyasətində etdiyi dəyişikliklərdir. Dünya bir daha bu reallığı qəbul etmək məcburiyyətində qaldı ki, beynəlxalq hüquq zamana və məkana, maraqlara görə tətbiq oluna bilməz.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

