/ / “Journal General de l’Europe”: Azərbaycanlı məcburi köçkünlər doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər
“Journal General de l’Europe”: Azərbaycanlı məcburi köçkünlər doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər
02.03.2021 [09:43]
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmiş jurnalist Sebastyan Bussuanın “Journal General de l’Europe” jurnalı “Dağlıq Qarabağ: Azərbaycanlı məcburi köçkünlər tezliklə 27 il əvvəl zorla qovulduqları doğma yurdlarına qayıtmağı gözləyirlər” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyan müharibədən sonra regionda sülhün bərqərar olmasından, azərbaycanlı məcburi köçkünlərin 27 il əvvəl zorla qovulduqları doğma ata-baba yurdlarına qayıtmaq arzularından, azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində görülən işlərdən bəhs olunur. Bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən doğma evlərindən didərgin salınmış 800 min azərbaycanlı məcburi köçkün səbirsizliklə qayıdış gününü gözləyir.
Jurnalist Dağlıq Qarabağ münaqişənin acı nəticələrindən bəhs edərkən bunun hər şeydən əvvəl faciəli bir insan hekayəsi olduğunu qeyd edir. Bildirir ki, Birinci Qarabağ müharibəsi başladıqdan və Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal edib orada yaşayan yerli əhalini öz ata-baba yurdlarından zorla qovduqdan sonra otuz ilə yaxındır həmin ailələr ölkənin bir çox şəhər və rayonlarında müvəqqəti sığınacaqlarda məskunlaşıblar.
Müəllif 2020-ci ilin sentyabrından noyabrına qədər davam edən və Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan öz ərazilərini azad etmək uğrunda haqq savaşı olan 44 günlük Vətən müharibəsi bitdikdən sonra hər bir məcburi köçkün ailəsi kimi 50 yaşlı Rəsul və 40 yaşlı Aygünün də bu qələbə xəbərini böyük sevinc hissi ilə qarşıladıqlarını bildirir. Bu ailənin də yüz minlərlə digər həmvətənləri kimi tezliklə öz doğma rayonları olan Zəngilan və Qubadlıya qayıdıb 30 illik həsrətə son qoyaraq yeni həyat qurmağı xəyal etdiyini vurğulayır.
Müəllif bu məcburi köçkün ailəsinin də digər məcburi köçkünlər kimi azad olunmuş ərazilər bərpa edildikdən sonra öz doğma kəndlərinə və rayonlarına qayıtmağı səbirsizliklə gözlədiyini qeyd edir. Jurnalist təəssüf hissi ilə bildirir ki, Qarabağdakı həmin kənd və rayonların demək olar hamısı dağıdılıb və viran qoyulub. Xüsusilə də 90-cı illərin əvvəlində baş vermiş müharibədən sonra bu ərazilərdə məskunlaşdırılmış ermənilər həmin rayonlardan çıxarkən məqsədli şəkildə evləri dağıdıb və yanğınlar törədiblər. Rəsul və Aygünün də doğulduğu rayonda ermənilər daşı daş üstündə qoymayıblar, azərbaycanlıların tikdiyi bütün evləri vəhşicəsinə dağıdıblar.
Rəsul jurnalistlə müsahibəsində deyib ki, o, hökumət rəsmi icazə verdikdən sonra öz evini bərpa etmək üçün Zəngilan rayonuna geri qayıdacaq. Müəllif Azərbaycanın erməni vandalizminin qurbanı olmuş həmin yaşayış məntəqələrinin kabuslar şəhərinə çevrildiyini, məscidlərin tövlə kimi istifadə olunduğunu və kitabxanaların talan edildiyini bildirib.
Jurnalist Qarabağda müharibədən əvvəlki vəziyyətin bərpa ediləcəyini, yenidənqurma işlərinin artıq başlandığını, yeni yolların çəkildiyini, lakin bütün bunların zaman tələb etdiyini diqqətə çatdırır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

