Sübut Əsədov: Şuşanın dirçəldilməsi və yenidən qurulması üçün mühüm addımlar atılacaq
26.05.2021 [09:22]
“Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının yaratdığı yeni reallıqlardan biri də Azərbaycan xalqının milli sərvəti olan Şuşanın azadlığa qovuşmasıdır”. Bu fikri qəzetimizə açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.
Partiya sədrinin sözlərinə görə, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi həmin reallığı bir daha sübut etdi: “Dövlət başçısının vurğuladığı kimi, bundan sonra biz Şuşada əbədi yaşayacağıq. Məlum olduğu kimi, artıq işğaldan azad edilən torpaqlarımızda, o cümlədən Şuşada genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Şəhərdə məqbərələrin, tarixi abidələrin, dini ibadətgahların təmir edilməsinə, məktəblərin, yeni yaşayış binalarının inşasına başlanıb. Şübhə yoxdur ki, 270 illiyinin qeyd ediləcəyi 2022-ci ilə qədər Şuşanın dirçəldilməsi və yenidən qurulması üçün mühüm addımlar atılacaq”.
S.Əsədov qeyd edib ki, uzun müddət əsarətdə qalmasına baxmayaraq, Şuşa milli ruhunu qoruyub saxlaya bilib: “Ona görə ki, Prezidentimizin də qeyd etdiyi kimi, 1752-ci ildə Pənahəli xan tərəfindən əsası qoyulan Şuşada işğal dövrünə qədər həmişə azərbaycanlılar yaşayıblar. Binalar, məscidlər və tarixi abidələr dağıdılsa da, Şuşa əyilməyib, məğrur dayanıb. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilməyiblər. Eyni zamanda, hər bir azərbaycanlı bu illər ərzində Qarabağ, Şuşa həsrəti ilə yaşayıb. Bu gün isə artıq həsrət bitib, biz Qarabağa, Şuşaya qayıtmışıq. Tarix və şanlı ordumuz bir daha sübut etdi ki, Şuşa və Qarabağ Azərbaycandır. Bu gün bu reallığı heç nə dəyişdirə bilməz”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

