/ / Cavanşir Paşazadə: Kommunikasiyaların bərpası region ölkələrinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcək
Cavanşir Paşazadə: Kommunikasiyaların bərpası region ölkələrinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcək
26.05.2021 [09:32]
“Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nüfuzlu beynəlxalq platformadır və müxtəlif ölkələrin keçmiş dövlət və hökumət başçılarını, dünyanın tanınmış elm, ictimai və siyasi xadimlərini öz sıralarında birləşdirir. Bu baxımdan Mərkəzin keçirdiyi tədbirlər öz əhəmiyyəti ilə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir”. Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirdiyi müzakirələr zamanı bır sıra önəmli məsələlərə toxundu. Tədbirdə dövlətimizin başçısı Ermənistanın 30 illik işğalçılıq siyasətinin nəticələri, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, müharibədən sonra regionda yaranmış yeni reallıqlar, ölkəmizin regionda sülh, əməkdaşlıq və təhlükəsizliyə xidmət edən təşəbbüsləri haqqında fikirlərini ifadə etdi.
Millət vəkilinin sözlərinə görə, ölkəmiz işğal altında olan ərazilərini azad etməklə təkcə özü üçün deyil, bütün region üçün yeni inkişaf imkanları yaradıb. Ona görə də, erməni tərəfi reallığı düzgün qiymətləndirməli, revanşist addımlardan uzaq olmalı, əməkdaşlıq təşəbbüslərinə qoşulmalıdır. Azərbaycan bundan sonra da beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü qoruyacaq və hər hansı bir təhdid olarsa, dərhal qarşısı alınacaq. Azərbaycan öz konstruktiv mövqeyini bəyan edib və əməkdaşlığa açıqdır. Dövlətimizin başçısı konfransda iştirakçıların diqqətinə çatdırdı ki, Azərbaycan sülhün tərəfdarıdır. Bu, bir daha onu deməyə əsas verir ki, Azərbaycan regionda sülh, əməkdaşlıq və təhlükəsizliyin təmin olunmasında aparıcı rol oynayır. Təbii ki, Ermənistan hazırda əməkdaşlıq təşəbbüslərinə müsbət cavab vermir. Qarşı tərəf dərk etmir ki, bu layihələrin reallaşması bütün region, o cümlədən Ermənistanın özü üçün böyük dividendlər gətirə bilər.
C.Paşazadə qeyd edib ki, bu gün nəqliyyat kommunikasiyalarının açılması, qarşılıqlı dialoq, etimad mühitinin formalaşması regional və beynəlxalq siyasətin əsas aspektlərindəndir: “Artıq Zəngəzur dəhlizinin açılması 3 ölkənin birgə Bəyanatının məğzi olmaqla yanaşı, həm də zamanın tələbidir. Azərbaycan hökuməti regionun gələcəyini, nəqliyyat, logistika, enerji əməkdaşlığı, ticarət və s. ilə bağlı layihələrin necə ola biləcəyini qonşularla müzakirə edir. Beynəlxalq iqtisadi əməkdaşlıq çərçivəsində nəqliyyat layihələrinin inkişafına xüsusi diqqət ayrılmalıdır. Qələbəmiz ölkənin yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu. Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaq. Ölkəmiz artıq çox mühüm təşəbbüslərlə çıxış edib. Bu, xüsusən də kommunikasiyaların və yeni daşıma dəhlizlərinin açılması ilə bağlıdır. Kommunikasiyaların bərpası region ölkələrinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcək”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

