YAP şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi öz işini yekunlaşdırıb
18.05.2010 [10:17]
Tədbirin ikinci günü YAP Gəncə şəhər təşkilatının iş təcrübəsinin öyrənilməsi və təbliği, eləcə də qarşıdan gələn parlament seçkilərinə partiyadaxili hazırlığın vəziyyəti müzakirə edilib.
Mayın 15-də müşavirə iştirakçıları YAP Gəncə şəhər təşkilatının qərargahı ilə tanış olublar. Qeyd edək ki, partiyanın qərargahı şəhərin mərkəzində yerləşir və əsaslı şəkildə yenidən qurulub. Burada partiya fəallarının işləməsi üçün hər cür şərait yaradılıb. üç mərtəbəli binanın ikinci mərtəbəsindəki foyedə yaradılan sərgi isə partiyanın şəhər təşkilatının işini əks etdirir. “Seçici xəritəsi”, “Gənclər birliyi”, “Seçki hesabatları”, “Seçkilərin fotoxronikası”, “Arxiv sənədləri”, “Təbliğat materialları”, “Elmi praktik konfranslar”, “Dəyrimi masa və müşavirələr” və sair guşələr qonaqlarda böyük maraq oyadıb. YAP Gəncə şəhər təşkilatının işi ilə tanışlıqdan sonra Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədovun iştirakı ilə geniş seminar-müşavirə keçirilib.
Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi Əli Əhmədov işgüzar şəraitdə keçən müşavirənin gələcək fəaliyyət üçün əhəmiyyətindən danışıb, 500 min nəfərdən artıq üzvü olan bu siyasi qurumun ölkənin inkişafındakı rolu və mövqeyi barədə ətraflı məlumat verib.
Sonra YAP Gəncə şəhər təşkilatının Sədri İsrafil İsmayılov videoçarxın köməyi ilə rəhbərlik etdiyi təşkilatın iş üsulları, onun üzvlərinin respublikanın, eləcə də şəhərin ictimai-siyasi həyatındakı rolunun yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı məruzə ilə çıxış edib.
Əli Əhmədov qarşıdan gələn parlament seçkilərinə hazırlıqla əlaqədar görüləsi işlərdən danışıb, respublikamızın həyatında mühüm hadisəyə çevriləcək bu siyasi kampaniyada Yeni Azərbaycan Partiyasının nailiyyət qazanması üçün həlli vacib məsələləri diqqətə çatdırıb.
Müşavirə iştirakçıları aparılan müzakirələrdə fəallıqla iştirak edib, təkliflərini bildiriblər. Əli Əhmədov müşavirəyə yekun vurub.
Xatırladaq ki, may ayının 14-15-də Gəncə şəhərində Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.
Müşavirə iştirakçıları mayın 14-də öncə şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüblər, Ulu öndərə sonsuz sayğı və ehtiramlarını bildiriblər. Sonra qonaqlar Gəncənin tarixində əvəzsiz rolu olan Cavad Xanın türbəsini, Gəncəni dünyaya tanıdan Şeyx Nizaminin məqbərəsini ziyarət ediblər.
YAP şəhər və rayon təşkilatları sədrlərinin iştirakı ilə ümumrespublika müşavirəsindən sonra iştirakçılar şəhərin iqtisadi həyatında önəmli rol oynayan “Gəncə şərab 2” ASC-nin iş prinsipi ilə də ətraflı tanış olublar. Mir Cəlal Paşayevin ev muzeyi ilə tanışlıq da qonaqlarda böyük təəssürat yaradıb.
Fazil İsmayılov
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34

