Tahir Rzayev: Azərbaycan dövləti sülhün və əmin-amanlığın tərəfdarıdır
02.06.2021 [09:10]
“44 günlük müharibədə qazanılan parlaq qələbə Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətinin uğurlarını, müzəffər ordumuzun qüdrətini, xalqımızın birliyini və mütəşəkkilliyini bütün dünyaya nümayiş etdirdi. 30 il torpaqlarımızı işğal altında saxlayan erməni təcavüzkarları ərazilərimizdən çıxarıldı və Ermənistan məğlub bir dövlət kimi üçtərəfli Bəyanata imza atmağa məcbur oldu”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Tahir Rzayev bildirib ki, döyüş əməliyyatlarını uğurla aparan Azərbaycan hətta Ermənistan torpaqlarına girməyə belə qadir idi. Ancaq dövlətimizin rəhbəri bu dəfə də sülhün tərəfdarı olduğunu bildirdi. Hərbi əməliyyatlar başa çatandan sonra müharibənin yekunlarına görə bütün hərbi əsirlər Ermənistana təhvil verildi. Halbuki, Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən götürülmüş minlərlə azərbaycanlı əsirin taleyi bu gün də məlum deyil və ermənilər bu barədə heç bir məlumat vermirlər.
Komitə sədrinin sözlərinə görə, Azərbaycan döyüşlərdə həlak olan hərbi qulluqçuların təhvil verilməsində də humanist mövqedən çıxış edib və işğaldan azad edilmiş ərazilərdə həlak olmuş 1600-ə yaxın erməni hərbi qulluqçusunun cəsədi erməni tərəfə təhvil verilib: “Azərbaycanın atdığı addımlar regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir. Dövlətimizin başçısı bildirir: “Biz öz tərəfimizdən həm sözdə, həm də əməli işdə hər şeyi edirik ki, münaqişədən sonrakı vəziyyət sakit şəraitdə, əsəbilik doğurmadan və Cənubi Qafqaz regionunda gələcək münasibətləri sabitlik və müəyyənlik əsasında qurmağın zəruri olması nəzərə alınmaqla cərəyan etsin”. Göründüyü kimi, qalib olmasına baxmayaraq, Azərbaycan dövləti regionda sülhün və əmin-amanlığın tərəfdarıdır. Yeni reallıqların yarandığı şəraitdə Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliyin təmin olunması bu gün ağır vəziyyətdə olan, iqtisadi-siyasi böhran içində uçuruma yuvarlanan Ermənistan üçün daha vacibdir. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması zəruridir və bu, qonşu dövlətlərə də uğurlar gətirməyə qadirdir. Ermənistan yenidən revanş götürmək məqsədilə təxribatlar törətməyə cəhd etsə, o daha ciddi uğursuzluqlara düçar olacaqdır”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

