Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkədir
02.06.2021 [09:22]
Əli Hüseynli,
Milli Məclisin deputatı
Məlum olduğu kimi, 2021-ci il mayın 24-dən 31-dək Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyası keçirilib.
Ümumdünya Səhiyyə Təşkilatının dəvəti əsasında sessiyanın bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi qonaq qismində videoformatda çıxışı iştirakçıların və dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
Dövlətimizin başçısı Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizəsini yüksək qiymətləndirərək 2021-ci ilin “Səhiyyə işçiləri İli” elan edilməsini təqdir etmiş və bu sahədə Azərbaycanda görülmüş işlər barədə dolğun məlumat vermişdir: “Pandemiyanın lap ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilmişdir. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır. Bununla yanaşı, COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilmişdir”.
Son məlumata əsasən, Azərbaycanda artıq 2 milyon doza peyvənd istifadə edilmişdir ki, bu da əhalinin 20 faizini təşkil edir. Pandemiyanın qarşısının alınması istiqamətində dövlət səviyyəsində ciddi, ardıcıl və müfəssəl tədbirlər həyata keçirilmiş, bununla bağlı qanunvericilikdə müvafiq dəyişiklik və əlavələr qəbul olunmuşdur. Nəticə göz qabağındadır: bu gün artıq yoluxma sayı sürətlə azalaraq 2 faizdən aşağı düşmüş, ölüm halları isə təkrəqəmli ədədlə ifadə olunur. Ona görə də karantin rejiminin tədricən yumşaldılması üçün münasib şərait yaranmışdır. Sakinlər artıq açıq havada maskasız hərəkət etmək və müvafiq tələblərə riayət etməklə metro və şəhərlərarası nəqliyyatdan istifadə etmək imkanı əldə etmişlər. Bir çox kütləvi tədbirlərin, o cümlədən toy şənliklərinin keçirilməsinə də icazə verilib.
Cənab İlham Əliyev Öz çıxışında Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə olduqca səmərəli əməkdaşlıq mühitinin formalaşdığını vurğulayaraq bu qurumun fəaliyyətini dəstəkləmək məqsədilə ölkəmizin10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etməsi və koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərməsi barədə sessiya iştirakçılarını məlumatlandırmışdır.
Azərbaycanın bu istiqamətdə sərgilədiyi səmərəli fəaliyyət beynəlxalq səviyyədə də böyük marağa səbəb olmuş və dünya ictimaiyyətinin diqqətindən yayınmamışdır. Ona görə də təsadüfi deyil ki, ötən il Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmışdır.
Azərbaycan pandemiya ilə mübarizədə həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsi üçün bütün səviyyələrdə çağırışlar etmişdir. Ölkəmiz Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış etmişdir. Bu xüsusda Hərəkatın 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısını və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasını ayrıca qeyd etmək lazımdır.
Davam edən “peyvənd millətçiliyi”, peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlikdən bir daha narahatlığını ifadə edərək inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağıran dövlətimizin başçısı bununla əlaqədar ölkəmizin birmənalı mövqeyini də açıqlamışdır: “Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləmişdir. Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşmüşdür”.
Bu problemin həlli məqsədilə Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı Azərbaycan tərəfindən müzakirəyə təqdim olunmuş qətnamə layihəsinin cari ilin mart ayında yekdilliklə qəbul olunaraq hüquqi qüvvəyə minməsi ölkəmizin yüksək beynəlxalq nüfuzunun göstəricisi kimi qürurverici faktdır.
Xəbər lenti
Hamısına baxDünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35

