"Parlament diplomatiyası - TürkPA" mövzusunda beynəlxalq konfrans keçirilib
25.05.2010 [09:59]
Dünən Milli Məclisdə (MM) Türkiyə Böyük Millət Məclisinin (TBMM) yaranmasının 90 illiyinə həsr olunmuş “Parlament diplomatiyası - TürkPA” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransdan öncə MM-də yerləşən TürkPA-nın Daimi Katibliyinin Ofisinin rəsmi açılış mərasimi olub. Mərasimdə birinci vitse-spiker Ziyafət Əsgərov, TBMM sədrinin müavini Nevzat Pakdilin başçılıq etdiyi nümayəndə heyəti, Qazaxıstan parlamentinin təmsilçiləri, TürkPA-nın səlahiyyətli şəxsləri, o cümlədən, Azərbaycanın millət vəkilləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan TürkPA-nın Baş katibi Ramil Həsənov bildirib ki, təşkilatın əsası hələ 2008-ci ilin noyabrında Türkiyənin İstanbul şəhərində Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan parlament rəhbərlərinin toplantısında qoyulub. Bundan sonra, ötən il sentyabrın 29-da dörd türk dövlətinin parlament rəhbərləri, onların başçılıq etdiyi nümayəndə heyətləri Bakıda bir araya gəlib və TürkPA-nın ilk plenar iclası keçirilib, qurumun bütün müvafiq sənədləri qəbul edilib. Qurumun müvəqqəti olmaması, onun nüfuzlu beynəlxalq təşkilata çevrilməsi üçün isə TürkPA-nın Bakıda fəaliyyət göstərən Daimi Katibliyinin yaranması qərara alınıb. Bu ilin 15 yanvar tarixindən etibarən adıçəkilən təşkilat tam formatda fəaliyyətə başlayıb. R.Həsənov onu da bildirib ki, sözügedən tədbir daxil olmaqla, bundan sonra, türk dövlətləri parlamentlərinin əlamətdar günləri və tarixləri ilə bağlı çeşidli tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, TürkPA-nın yaranması yönündə ideyalar ötən əsrin 90-cı illərinin ortalarından etibarən gündəmə gəlib: “O zamanlar Ulu öndər Heydər Əliyev türkdilli dövlətlərin rəhbərlərinin Türkiyənin Antalya şəhərində keçirilən toplantısında belə bir qurumun yaradılması təşəbbüsü ilə çıxış edib. Hesab edirəm ki, bu gün ümummilli liderimizin ruhu şaddır, çünki Onun fikirləri, ideyası gerçəkləşib, TürkPA yaranıb, bununla bağlı saziş təsdiq edilib”.
Z.Əsgərov qeyd edib ki, ümumiyyətlə, türk dövlətləri və xalqları arasında dil, din, mədəniyyət və tarix birliyi var: “TürkPA ilə bağlı saziş imzalanarkən orada xüsusilə diqqəti çəkən bir məqam öz əksini tapıb ki, bu sazişi imzalayan türk dövlətləri bir-birinə yardımçı olacaq, beynəlxalq təşkilatlarda bir-birinin müdafiəsi mövqeyindən çıxış edəcək, bir-birini dəstəkləyəcək. Bu baxımdan hesab edirəm ki, TürkPA-nın yaranmasının çox böyük əhəmiyyəti var”.
Onun sözlərinə görə, bu gün dünyada qloballaşma prosesi gedir, ancaq bu heç də o demək deyil ki, dövlətlər və xalqlar öz tarixi keçmişlərini, adət-ənənələrini, mədəniyyətlərini bu prosesə qurban verməlidirlər: “Hesab edirəm ki, TürkPA üzvü olan dövlətlər, xalqlar bir-birilərinə siyasi, iqtisadi, mədəni məsələlərdə, əlaqələrdə dəstək verməlidirlər. Bu təşkilata daxil olan dövlətlər arasında tezliklə vizasız gediş-gəliş məsələsi öz həllini tapmalıdır və çox güman edirəm ki, tapacaq”.
Birinci vitse-spiker çıxışı zamanı, həmçinin, dünyada bir çox ədalətsizliklərin baş verdiyini bildirərək, Azərbaycanın da bundan ziyan çəkdiyini diqqətə çatdırıb: “Düzdür, indi mən bu məsələnin dərinliyinə getmək istəmirəm, ancaq belə hesab edirəm və düşünürəm ki, türk dövlətləri, xalqları bu ədalətsizliklərin qarşısının alınmasında da bir-birilərinə dəstək olmalıdırlar”.
TBMM sədrinin müavini Nevzat Pakdil isə TürkPA-nın yaranmasının türk dövlətləri parlamentləri arasında əlaqələrin və işbirliyinin güclənməsinə, inkişafına böyük töhfə, təkan olacağına inandığını bildirib. “Belə bir qurumun yaranması böyük önəm daşıyır” - deyən N.Pakdilin bildirdiyinə görə, Orta Asiyadan Qafqazlara, Qafqazlardan Balkanlara uzanan türk dünyası eyni kökdən bəslənən ulu bir çinara bənzəyir. Sonra TBMM-in fəaliyyəti barədə məlumat verən N.Pakdil təmsilçisi olduğu qurumun 70-dən artıq ölkə ilə parlamentlərarası dostluq qruplarının mövcud olduğunu, həmçinin, TBMM-in AKP-dən olan təmsilçisi Mövlud çavuşoğlunun dünyanın ən nüfuzlu təşkilatlarından olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti kimi fəaliyyət göstərdiyini vurğulayıb.
Tədbirdə, həmçinin, “Parlament dünyası və beynəlxalq əməkdaşlıq-Qazaxıstan modeli”, “TürkPA-çoxtərəfli parlamentlərarası əməkdaşlıq üçün yeni imkanlar”, “Türkiyənin xarici siyasətində parlament diplomatiyası: Qazanılmış uğurlar”, “Parlamentlərarası əlaqələrin inkişafında beynəlxalq təşkilatlar bir model olaraq”, “Türkiyə Böyük Millət Məclisi-90: dünən və bu gün-yeni fürsətlər” mövzularında məruzələr dinlənilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33

