Azərbaycan və Dağıstan iqtisadi sahədə əməkdaşlığı genişləndirmək niyyətindədirlər
25.05.2010 [10:03]
Prezident Maqomedsalam Maqomedov isə Dağıstan ərazisində dəniz neft yataqlarının işlənilməsində Azərbaycan neftçilərinin təcrübəsindən istifadə etməyin vacibliyini vurğulayıb. O, həmçinin, Azərbaycan-Dağıstan hökumətlərarası komissiyasının birinci iclasının keçirilməsinə hazırlıq işlərini, Samur çayı üzərində su elektrik stansiyası tikintisinə dair müştərək layihənin həyata keçirilməsini sürətləndirməyin zəruri olmasını qeyd edib.
Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov Milli Məclisdə olub. Parlamentin binası önündə ali qonağı Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılayıblar. Dağıstan Prezidenti Milli Məclisin iclas zalına baxıb, deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirib. Sonra Oqtay Əsədov ilə Maqomedsalam Maqomedov arasında təkbətək görüş olub. Daha sonra görüş geniş tərkibdə davam etdirilib. Oqtay Əsədov Maqomedsalam Maqomedovu Dağıstan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib. Milli Məclisin sədri deyib ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası Dağıstan Respublikası arasında münasibətlər bütün sahələrdə inkişaf edir. Xalqlarımız arasında çox qədim dostluq və qonşuluq münasibətləri var. Yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açır.
Maqomedsalam Maqomedov səmimi sözlərə və təbrikə görə minnətdarlıq edib. Azərbaycan parlamentinin binasında aparılmış təmir-bərpa işlərini, yeni korpusun tikintisini yüksək qiymətləndirən qonaq deyib ki, bu, həm də Azərbaycanın dinamik inkişafının bariz göstəricisidir. Maqomedsalam Maqomedov Dağıstanın Azərbaycan ilə əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Dağıstan Prezidenti fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, Ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıb.
Prezident Maqomedsalam Maqomedov Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıb. Dağıstan Prezidentinə Fondun nəşri olan “Muğam aləmi” musiqi albomu hədiyyə edilib. Dağıstan Prezidenti də Fonda xatirə hədiyyəsi təqdim edib. Ali qonaq Fonddan zəngin təəssüratla ayrılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

