Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qabil Hüseynli: Ermənistan öz qonşuları ilə normal münasibətlər qurmalıdır

Qabil Hüseynli: Ermənistan öz qonşuları ilə normal münasibətlər qurmalıdır

03.07.2021 [09:48]

“Azərbaycanda müasir ordu quruculuğu istiqamətində aparılan uğurlu siyasət ölkəmizin 44 günlük Vətən müharibəsindəki qələbəsini təmin etdi. Müzəffər Ordumuz qısa zaman ərzində Ermənistan ordusunu darmadağın etdi və 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi. Azərbaycanın Zəfəri regionda yeni reallıq yaradıb. Ermənistan yeni reallıqlar fonunda Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməlidir. Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı da açıq şəkildə bildirdi ki, Ermənistan “Dağlıq Qarabağ” sözünü, ümumiyyətlə, işlətməməli, öz qonşuları ilə normal münasibətlər qurmalı və ərazi iddialarından əl çəkməlidir”.
Bu fikirləri açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, rəsmi Yerevan üçün ən düzgün yol Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmaqdan, delimitasiya üzrə işçi qrup yaratmaqdan və sülh müqaviləsinə hazırlıq işlərinə başlamaqdan keçir: “Ermənistanın siyasi-hərbi rəhbərliyi anlamalıdır ki, bu gün Azərbaycana Ermənistan lazım deyil. Azərbaycan dövləti artıq bölgədə yeni əməkdaşlıq platformasının yaranması istiqamətində mühüm işlər aparır. Bununla yanaşı, ölkəmiz qonşuları ilə bütün kommunikasiyaları qurub, enerji xətlərini çəkib, dəmir yollarını, bütün nəqliyyat layihələrini icra edib. Ermənistan, ilk növbədə, xahiş etməli, qonşularından icazə almalıdır ki, bu prosesə qoşulsun”.
PƏRVİZ

Paylaş:
Baxılıb: 590 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31