/ / Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti mövzusunda diplomatiya həftəsinin açılışı olub
Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti mövzusunda diplomatiya həftəsinin açılışı olub
13.07.2021 [08:44]
İyulun 12-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti” mövzusunda diplomatiya həftəsinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Diplomatiya könüllülərinin rəhbəri Nigar Eyvazzadə layihənin təqdimatını edərək, bu çərçivədə həyata keçiriləcək fəaliyyət barədə danışıb.
Qeyd edilib ki, diplomatiya həftəsi Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatlarının və hərəkatlarının nümayəndələrinin iştirakı ilə iyulun 12-26-da keçiriləcək. İştirakçıların iki həftə ərzində Azərbaycanın Vətən müharibəsi dövründə xarici siyasəti, habelə Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər haqqında ətraflı məlumatlandırılması üçün Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, habelə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərləri, Vətən müharibəsinin iştirakçıları, onu işıqlandıran xarici jurnalistlər, tanınmış ictimai xadimlər ilə görüşləri keçiriləcək. Bununla yanaşı, layihə çərçivəsində bir sıra mədəni proqramların, ekskursiya və səfərlərin təşkili nəzərdə tutulub.
Mərasimdə ölkə rəhbərliyinə, Azərbaycan gəncliyinə, o cümlədən könüllülər hərəkatına göstərilən diqqət və yüksək dəyərə görə təşəkkür ifadə edilib.
Tədbirdə 44 günlük Vətən müharibəsi dövründə yaşanmış hadisələrin bir hissəsini özündə ehtiva edən videokollaj nümayiş olunub.
Salamlama nitqi ilə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bu ali təhsil ocağının XİN-lə birgə 44 günlük Vətən müharibəsi və ondan sonrakı mərhələdə həyata keçirilən xarici siyasət mövzusunda gənclərin məlumatlandırılması layihəsinin təşkilatçısı qismində çıxış etməkdən məmnunluğunu bildirib. O, Azərbaycanın beynəlxalq müstəvidə layiqincə tanıdılması baxımından gənclərin mühüm rol oynadığını vurğulayıb.
Açılış mərasiminin əsas qonağı, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək, tədbirin bir il əvvəl Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində növbəti təcavüz aktına əl atması tarixinə təsadüf etdiyini vurğulayıb. Azərbaycan Silahlı Qüvvələrinin düşmənin hərbi təxribatlarını layiqincə cavablandırdığı və 44 günlük Vətən müharibəsi nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun qazandığı şanlı Zəfərin ölkəmizin tarixinə qızıl hərflərlə daxil olduğu qeyd edilib. Münaqişənin keçmişdə qaldığını qeyd edən Hikmət Hacıyev Azərbaycan qarşısında duran əsas vəzifələrdən, xüsusilə də azad olunmuş ərazilərin yenidən qurulması prosesindən, bu ərazilərin minalardan təmizlənməsindən, beləliklə, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünün təmin olunmasından danışıb. Təməlində milli maraqlar dayanan Azərbaycan xarici siyasətinin bundan sonra da bölgədə və dünyada sülh və təhlükəsizliyin, beynəlxalq hüququn təmin edilməsinə yönələcəyi vurğulanıb.
Tədbirin sonunda H.Hacıyev iştirakçıların suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

