/ / Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumətin səfərbər edilməsi nəticəsində təbii fəlakətin qarşısı maksimum dərəcədə alınıb
Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumətin səfərbər edilməsi nəticəsində təbii fəlakətin qarşısı maksimum dərəcədə alınıb
28.05.2010 [09:39]
Azərbaycan hökuməti təbii fəlakətin baş verdiyi ilk gündən etibarən davamlı tədbirlər görməkdədir. Bütün icra strukturlarının sıx koordinasiya olunaraq fasiləsiz iş rejimində fəaliyyət göstərməsi gözlənilə bilən böyük təhlükələrin qarşısının alınmasına səbəb olub. Qeyd edək ki, Kür və Araz çaylarında suyun səviyyəsinin normadan 2-3 dəfə çox olması və aramsız yağışların yağması nəticəsində sululuğun demək olar ki, hər gün artması təbii fəlakətin miqyasının daha böyük olması ilə nəticələnə, bu isə respublikamızın bir sıra rayonlarında təhlükələrin miqyasını artıra bilərdi. Amma hökumətin effektiv və gücləndirilmiş iş rejimində davamlı tədbirlər görməsi nəticəsində təbii fəlakətin qarşısı alınıb, insan ölümü halları baş verməyib. Digər dövlətlərlə müqayisədə ölkəmizdə dağıdıcı fəlakətlər olmayıb. Azərbaycan hökuməti lazım olan bütün tədbirləri həyata keçirməklə mühüm nailiyyətlər əldə edib.
Hökumət fəlakətin baş verdiyi ilk gündən başlayaraq əhalinin təhlükəsizliyinin təmin olunması və onların sosial-məişət qayğılarının həll edilməsi, eləcə də, tibbi və iaşə xidmətləri ilə əhatə olunmaları üçün davamlı tədbirlər görüb. Bütün dövlət qurumlarının, yerli icra orqanlarının, eləcə də, ictimaiyyətin nümayəndələrinin birgə səyləri sayəsində mövcud çətinliklər aradan qaldırılıb. ölkəmizin ümummilli işinə çevrilən həmin tədbirlər hər gün daha da gücləndirilib və nəticədə, sonrakı günlərdə gözlənilə bilən təhlükələrin qarşısı tamamilə alınıb. Bütün aidiyyəti qurumların səmərəli fəaliyyəti sayəsində respublikamız təbiətin ən ağır zərərlərindən və böyük bəladan xilas olub. Nəzərə alsaq ki, bu gün bütün dünya ölkələrini ağır və sarsıdıcı fəlakətlərə qərq edən daşqınlar son onilliklər ərzində misli görünməmiş dərəcəyə çatıb və ən dağıdıcı fəsadlar törədib, onda Azərbaycan hökumətinin bu fəlakətdən ən az itkilərlə çıxmasını təqdir etmək olar.
ötən müddət ərzində sahilbərkitmə işləri ilə yanaşı, fəlakət nəticəsində zərərçəkmiş insanların sosial qayğılarının həll edilməsi başlıca prioritetlərdən olub. İnsanlara lazım olan hər bir köməkliklərin göstərilməsi, onların sosial şəraitinin ən yüksək səviyyədə təmin edilməsi üçün bütün imkanlardan istifadə olunub. Prezident İlham Əliyevin daim nəzarətində olan bu problemin qarşısının alınması və vətəndaşların ən yüksək səviyyədə bütün sosial qayğılarla əhatə olunmaları ötən dövr ərzində davamlı xarakter alıb və hazırda icra strukturları bu istiqamətdə ardıcıl işləri intensivləşdiriblər. Bir sözlə, təbii fəlakətin qarşısının alınması üçün bütün lazımi tədbirlər görülüb və bu proses davam edir.
Onu da qeyd edək ki, hökumət hazırda fəlakətin yaratdığı fəsadları aradan qaldırmaqla bərabər, kommunal infrastrukturun və sosial sahələrin bərpası, iqtisadiyyata dəymiş zərərlərin hesablanaraq insanlara müvafiq köməklik və yardımların göstərilməsi sahəsində də paralel şəkildə iş aparır. Xatırladaq ki, digər ölkələr müvafiq tədbirlər planını icra etməkdə texniki və maliyyə problemləri ilə üzləşdiyi halda resprublikamızda belə bir tendensiya müşahidə olunmur. Azərbaycan bu işi öz gücünə, heç bir ölkənin yardımına ehtiyac olmadan həll etmək iqtidarındadır. Azərbaycan hökuməti təbii fəlakətin vurduğu zərərlərin qarşısının alınması, sahilbərkitmə işlərinin gücləndirilməsi, infrastrukturun bərpası, insanların bütün sosial-məişət problemlərinin həll olunması və insanlara dəymiş ziyanın ödənilməsi və kompensasiyaların verilməsində hökumət həm güclü maliyyə imkanlarına, həm də texniki-fiziki işlərin həyata keçirilməsində potensial texnika və avadanlıqlara malikdir. Bunun nəticəsidir ki, insanların təhlükəsizliyinin təmin olunması, iaşə-məişət qayğılarının həll edilməsi, onlara müvafiq maddi yardımların göstərilməsi sahəsində ölkəmizin yerli resurslarından istifadə olunmaqdadır. İndiyə kimi, insanların təhlükəsizliyinin təmin olunması, onların üzləşdikləri çətinliklərin aradan qaldırılması, yaşayış şəraitinin yaxşılaşdırılması və sosial-məişət qayğılarının həll edilməsi, eləcə də, tibbi və iaşə xidmətləri ilə əhatə olunmaları ilə bağlı tədbirlərin həyata keçirilməsində yalnız respublikamızın maliyyə və texniki imkanlarından istifadə edilib.
Göründüyü kimi, respublikamız ən çətin anlarda, hətta fors-major hadisələrin baş verdiyi vaxtda belə, bütün problemləri özünün güclü maliyyə resursları, texniki-fiziki imkanları hesabına həll etməyə qadirdir. çünki bu, ölkəmizin ümummilli işidir və hökumət başlıca qayəsi olan insanların sosial şəraitinin yaxşılaşdırılması və ən yüksək sosial qayğılarla əhatə olunmaları üçün bütün imkanlarını səfərbər etməyi ən ali vəzifəsi hesab edir. Bu isə bir daha respublikamızın böyük qüdrətini və gücünü şərtləndirmiş olur.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46

