"Qız Qalası" Beynəlxalq incəsənət festivalı öz işinə yekun vurub
01.06.2010 [11:49]
Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və “Qız Qalası” incəsənət qalereyasının təşkilatçılığı ilə İçərişəhərdə “Qız Qalası” adlı Beynəlxalq incəsənət festivalı keçirilib. üç gün davam edən festivalda 17 ölkənin 20-dən artıq tanınmış rəssamı iştirak edib. İştirakçılar Qız Qalasının kiçik maketlərini öz milli üslublarında naxışlarla bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər sərgiləyiblər.
Festivalın bağlanış mərasimində çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov iştirakçıları Azərbaycanın birinci xanımı, Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın adından salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. Festivalın Heydər Əliyev Fondunun növbəti layihələrindən biri olduğunu söyləyən A.Ələkbərov, Fondun mədəniyyət və tarixi abidələrin qorunması sahəsində çox böyük işlər gördüyünü diqqətə çatdırıb. Onun sözlərinə görə, bu yaxınlarda yeni “Qala” adlı festivalın keçirilməsi nəzərdə tutulub.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov isə çıxışında festivalın məqsədindən söhbət açıb. O, bildirib ki, festival Azərbaycanın ən qədim abidələrindən biri olan Qız Qalasının daha geniş tanınması və populyarlaşdırılması məqsədini daşımaqla yanaşı, mədəniyyətlərarası dialoqa da öz layiqli töhfəsini verib. İdarə rəisi layihənin reallaşmasında göstərdiyi dəstəyə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Festivalda diqqət çəkən məqamlardan biri isə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da Qız Qalası mövzusunda yaratdığı əsərin sərgilənməsi olub. Mehriban xanımın əsərində bir sıra ölkələrin müxtəlif tarixi və mədəniyyət abidələri əks etdirilib. Maketin üzərində isə mədəni irsin qorunmasına rəmzi çağırış mənasını daşıyan çətir qurulub. YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bu əsəri ilə bütün dünyanı mədəni irsin qorunmasına bir çağırış edib.
Beləliklə, Heydər Əliyev Fondunun milli mədəni və tarixi abidələrimizin təbliği, qorunması və dünyada tanıdılması istiqamətində həyata keçirdiyi daha bir layihə uğurla başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59

