Cavanşir Paşazadə: Vladimir Jirinovskinin Azərbaycan haqqında fikirləri qəbulolunmazdır
03.08.2021 [09:23]
“Azərbaycan və Rusiya arasında münasibətlər normal qonşuluq və strateji tərəfdaşlığa əsaslanır. İki dövlət arasında münasibətlər bərabərhüquqlu əsaslarla inkişaf edir. Lakin Rusiya daxilində bu münasibətlərə kölgə salmaq istəyən dairələr var”.
Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
Deputat bildirib ki, Azərbaycan və Rusiya prezidentləri mütəmadi olaraq görüşür və görüşlərdə iki ölkə arasındakı əlaqələrin inkişafından məmnunluq ifadə olunur. Bu baxımdan, iyulun 20-də Rusiyaya səfəri zamanı Prezidentimiz cənab İlham Əliyevə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəkkür etməsi, qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirməsi də buna sübutdur.
Millət vəkilinin sözlərinə görə, bütün bunların fonunda Rusiyada bəzi dairələr Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir, iki dövlətin mehriban qonşuluq münasibətlərinə xələl gətirməyə çalışırlar. Belələrindən biri də Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının üzvü Vladimir Jirinovskidir. Bu adam hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib, Ermənistanın isə fəal təəssübkeşi rolunda çıxış edib. Vladimir Jirinovski bu günlərdə Rusiyanın “Komsomolskaya Pravda” radiosuna müsahibəsində də bir daha qərəzli mövqeyini ortaya qoyaraq ölkəmizə qarşı əsassız fikir və ittihamlar səsləndirib. Fakt budur ki, o, həqiqətləri görmək istəmir.
C.Paşazadə qeyd edib ki, V.Jirinovski Azərbaycan cəmiyyətinə yaxşı tanışdır: “O, Rusiya siyasətinin əxlaqi dəyərlərə, insani münasibətlərə, Rusiyanın daxili qanunvericiliyinə, üzvü olduğu Rusiya Dövlət Dumasının şərəfinə, beynəlxalq hüquq norma və qaydalarına əməl etməyən “siyasətçi”dir. V.Jirinovski, bütün müstəqillik illərində Azərbaycana qarşı düşmən mövqe sərgiləmiş Rusiya siyasətçisidir. Bir qayda olaraq, ölkəmiz və cəmiyyətimiz haqqında siyasətçiyə yaraşmayan fikirlər bildirib, Ermənistan-Azərbaycan münaqişəsi məsələsində Ermənistanı müdafiə edib. Onun Azərbaycan və Türkiyəyə qarşı nifrəti, əsassız mövqeyi hər kəsə yaxşı tanışdır. Əlbəttə ki, Rusiya-Azərbaycan dostluğu bu cür şəxsin qeyri-ciddi fikirləri ilə zədələnməyəcək. Lakin bu siyasətbazın demokratiyanın və söz azadlığının üstünlüklərindən faydalanaraq ölkəmizə, onun rəhbərliyinə qarşı hədyanlar söyləməsinə imkan verilməməlidir. Biz bilirik ki, ayrı-ayrı siyasətçilərin bu cür təhrikçi və aqressiv bəyanatlarla məşğul olduğu ölkələr az deyil, belələri özlərini guya dövlətlərinin mənafelərinin “keşikçiləri və müdafiəçiləri” hesab edərək həm öz xalqlarını, həm də başqa ölkələrin xalqlarını qorxudurlar. Təəssüf ki, bu fakt Rusiyadan da yan keçməyib. Amma Jirinovski kimilərinin bu cür mövqeyi, onun qeyri-ciddi davranışı elə Rusiyanın öz nüfuzuna da zərbə vurur”.
Deputat əlavə edib ki, Jirinovskinin nə deməsindən asılı olmayaraq, ölkəmiz özünün müəyyənləşdirdiyi doğru yolla irəliləyir: “Bu yol milli maraqlar, inkişaf, demokratiya və mütərəqqi dəyərlərə sadiqlik yoludur. Eyni zamanda, Azərbaycanda siyasi islahatlar fonunda sağlam iqtidar-müxalifət dialoqu qurulub, yeni siyasi konfiqurasiya yaradılıb. Bunun nəticəsi olaraq, bu gün dövlətin təməl prinsipləri ətrafında bütün siyasi partiyalar həmrəylik nümayiş etdirirlər. Prezident İlham Əliyevin dəmir yumruğu birlik və tükənməz güc rəmzi kimi bütün dünyanı heyran etməkdədir. Bu birliyin təməlini İkinci Qarabağ müharibəsindən öncə əldə olunmuş xalq-iqtidar birliyi, milli-siyasi həmrəylik təşkil edir. Məhz bu siyasi qələbənin əsasında Azərbaycan döyüş meydanında da möhtəşəm zəfər qazandı. Bütün bunların fonunda Jirinovski kimilərinin Azərbaycan haqqında nə deməsindən asılı olmayaraq, ölkəmiz qətiyyətlə öz yolu ilə gedir”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49

