/ / Əsli Kazımova: Milli Məclisin buraxılacağı və ölkədə referendum keçiriləcəyi barədə iddialar tamamilə əsassızdır
Əsli Kazımova: Milli Məclisin buraxılacağı və ölkədə referendum keçiriləcəyi barədə iddialar tamamilə əsassızdır
05.08.2021 [08:55]
“Hazırda Azərbaycanda bəzi radikal siyasi dairələr və onları xaricdə himayə edən qüvvələr ictimai rəyi çaşdırmağa yönəlmiş qara piar kampaniyası aparmaqla məşğuldurlar. Son zamanlar müxtəlif şayiələrin yayılması da buna sübutdur. Yəni onlar istər icra, istərsə də qanunvericilik orqanlarının fəaliyyəti ilə bağlı reallığa uyğun olmayan iddialar irəli sürürlər. Ümumiyyətlə, vaxtaşırı bu qaragüruhçular tərəfindən belə dezinformasiyalar yayılıb”.
Bu fikirləri Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Onun sözlərinə görə, Milli Məclisin buraxılacağı və ölkədə referendum keçiriləcəyi barədə iddialar tamamilə əsassızdır: “Çünki ölkəmizdə ötən illərdə həyata keçirilən genişmiqyaslı islahatlar siyasi və hüquqi sahələri də əhatə edib. Bu islahatların nəticəsində Azərbaycanda hüquq sistemi xeyli dərəcədə güclənib, siyasi sferada isə yeni münasibətlər yaranıb. Yeni formalaşmış siyasi konfiqurasiya nəticəsində ölkəmizdə siyasi dialoq mühiti güclənib. Bunu parlamentin tərkibindən də görmək mümkündür. Milli Məclisdə çoxlu sayda siyasi partiya nümayəndələri təmsil olunur ki, bu da yeni siyasi münasibətlərin əyani göstəricisidir”.
Bu gün Azərbaycanın sürətlə inkişaf etdiyini deyən Əsli Kazımovanın sözlərinə görə, Vətən müharibəsindən sonra inkişafımızda yeni mərhələ başlayıb: “Qarşımızda dayanan əsas hədəf isə işğaldan azad olunmuş Qarabağın dirçəldilməsidir. Eyni zamanda, müharibə nəticəsində yeni geosiyasi reallıqlar yaranıb ki, burada da aparıcı aktor Azərbaycandır. Müəyyən dairələr isə süni gündəm yaratmağa çalışmaqla cəmiyyətimizi əsas hədəflərimizdən yayındırmağa cəhd göstərsələr də, buna nail ola bilməyəcəklər”.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59

