/ / BMT ekspertləri: Ermənistan milli azlıqların hüquq müdafiəçisinə qarşı cinayət ittihamlarını ləğv etməlidir
BMT ekspertləri: Ermənistan milli azlıqların hüquq müdafiəçisinə qarşı cinayət ittihamlarını ləğv etməlidir
14.08.2021 [00:10]
Ermənistan milli azlıqların hüquqlarını müdafiə etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunan “İnsan haqları üzrə Yezidi Mərkəzinin” təsisçisi Saşik Sultanyanı təhdid etməyi dayandırmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin insan hüquqları üzrə ekspertləri bildiriblər.
Ekspertlər Ermənistanı Saşik Sultanyanın ötən il verdiyi onlayn müsahibə ilə əlaqədar nifrət və zorakılığa təhrikdə ittiham etməyi dayandırmağa çağırıblar. Onlar milli azlıqlara qarşı insan haqları ilə əlaqədar narahatlıqların nifrət və ya zorakılığa təhrik deyil, əksinə, ifadə azadlığı olduğunu bildiriblər. "Milli azlıqlar olan yezidilər milli təhlükəsizliyə təhdid yaratmırlar", - deyə onlar əlavə ediblər.
BMT insan haqları mütəxəssisləri hüquq müdafiəçisinin Ermənistanda milli azlıqların problemlərini qaldırmaq və Ermənistanda məskunlaşan etnik qrup yezidilərin insan haqlarını müdafiə etdiyi üçün hədəf alındığını söyləyirlər.
Saşik Sultanyan gənc fəaldır və BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığında insan haqları üzrə təcrübə proqramının iştirakçısı olub. O, ötən il verdiyi onlayn müsahibə ilə əlaqədar nifrət və zorakılığa təhrikdə ittiham olunur. O, Yezidinews.am saytına Ermənistandakı yezidilərin problemləri ilə bağlı müsahibə verib. Ötən ilin noyabrında Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən onun barəsində cinayət işinə başlanılıb, ancaq bu barədə ona bu ilin may ayında məlumat verilib. Bununla bağlı cinayət işi məhkəməyə avqustun 4-də daxil olub və Saşik Sultanyanın günahı sübuta yetirilərsə onu üç ildən altı ilə qədər həbs cəzası gözləyir.
BMT-nin adıçəkilən ekspertləri bu mövzu ilə bağlı Ermənistan hökuməti ilə dialoq aparırlar.
Qeyd edək ki, bu açıqlama BMT-nin Milli azlıqların məsələləri üzrə xüsusi məruzəçi Fernand de Varennes, hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçi Meri Loulor və ifadə azadlığı hüququnun təşviqi və müdafiəsi üzrə xüsusi məruzəçi İren Xan tərəfindən verilib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

