Qulamhüseyn Əlibəyli: Siyasi dialoq prosesinin davam etdirilməsi müsbət haldır
11.09.2021 [10:05]
“Sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda təşkil etdiyi görüş bir çox cəhətdən əlamətdar olub”.
Bu fikri qəzetimizə açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.
Partiya sədrinin sözlərinə görə, indiki vaxtda dövlət və siyasi partiyalar arasındakı münasibətlərin təkmilləşdirilməsi zəruri olan addımlardan biridir: “Bu baxımdan, hakimiyyətlə siyasi partiyaların arasında siyasi dialoqun təmin edilməsi üçün başlanan prosesin davam etdirilməsi müsbət haldır. Bu günlərdə baş tutan görüş də dövlət və siyasi partiyaların münasibətlərinin inkişaf etdirilməsinə, bu əlaqələrin əlverişli siyasi məcraya yönəldilməsinə hesablanmış tədbirlərdən idi. Belə ki, tədbirdə Azərbaycanın əldə etdiyi Zəfərdən sonra yaranmış yeni siyasi reallıqlar fonunda siyasi partiyaların fəaliyyəti, ümumiyyətlə, dövlətlə siyasi partiyalar arasında münasibətlərin təkmilləşdirilməsi ilə bağlı mühüm təkliflər dilə gətirildi. Hesab edirəm ki, görüşdə səslənən fikir və təkliflərin böyük əksəriyyəti mühüm əhəmiyyət daşıyır”.
Q.Əlibəyli deyib ki, siyasi partiya rəhbərləri əhəmiyyətli təkliflərin tərəfindən irəli sürülməsi, tədbirin siyasi plüralizm şəraitində keçməsi müsbət təəssürat yaradıb: “Görüşdə Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bildirdi ki, səslənən 50-yə yaxın təklif və fikirlərin hamısı qeydə alınıb ümumiləşdiriləcək, müvafiq tədbirlərin həyata keçirilməsi üçün müəyyən işlər görüləcək. Bu baxımdan, son görüş ölkəmizdə artıq formalaşmış siyasi dialoq mühitinin gələcəkdə daha da inkişafına, o cümlədən bu istiqamətdə sağlam əməkdaşlığın davam etdirilməsinə mühüm töhfədir. Bir sözlə, son tədbir siyasi dialoqun dərinləşdirilməsi baxımından çox önəmlidir”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİdman
15 İyul 12:51
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18

