Haqq savaşımız Qələbə ilə bitdi...
05.10.2021 [17:37]
İnformasiya müharibəsi isə davam edir
44 günlük İkinci Qarabağ - Vətən müharibəsindən 1 il ötür. Qalib Azərbaycan ötən müddət ərzində öz qələbəsini informasiya və diplomatiya müstəvisində də möhkəmləndirib. Elə son günlər Prezident İlham Əliyevin ayrı-ayrı ölkələrin nüfuzlu nəşrlərinə müsahibələri də öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmiş Azərbaycanın informasiya savaşında ardıcıl nailiyyətlərini əks etdirir.
Azərbaycan Prezidenti tarixi-siyasi reallıqları diqqətə çatdıraraq ölkəmizin prinsipial mövqeyini ifadə edir. 44 günlük müharibə zamanı geniş auditoriyaya xitab edən, transmilli media orqanlarına müsahibələr verməklə həqiqətləri beynəlxalq ictimaiyyətə çatdıran dövlət başçısı yeni mərhələdə də regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinə, bu kontekstdə bölgənin gələcəyi ilə əlaqədar strateji önəm kəsb edən nüanslara dair konkret mesajlar verir. Bütün bunlar həm də Azərbaycanın gələcəyə aydın strateji baxışlarının olduğunu göstərir.
Prezident İlham Əliyevin müsahibələri Ermənistanın sülh və insanlıq əleyhinə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə dolğun surətdə çatdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Bu, həm erməni vandalizminin ifşası, həm də ermənipərəst dairələrin qara piar kampaniyasının iflasa uğradılması üçün olduqca vacibdir. Ümumiyyətlə, Azərbaycan Prezidentinin rəhbərliyi ilə informasiya cəbhəsində görülən işlərin nəticəsidir ki, Ermənistan havadarlarına əsaslanaraq yenidən özü üçün münbit informasiya mühitini yaratmaq niyyətini gerçəkləşdirə bilmir. Eyni zamanda, beynəlxalq mediaya nəzər yetirdikdə görürük ki, qalib Azərbaycanın haqlı, ədalətli və prinsipial mövqeyi dünya miqyasında geniş təbliğ olunur. Dünyanın nüfuzlu nəşrlərində Azərbaycan həqiqətlərinin təbliğ edildiyi, ermənilərin çirkin təbliğatının darmadağın olunduğu çox sayda informasiyaya və analitik materiallara rast gələ bilərik. Xüsusilə də, nüfuzlu ekspertlər, tanınmış jurnalistlər Azərbaycan Prezidentinin fikirlərinə və faktlara istinad etməklə Vətən müharibəsi zamanı və postkonflikt mərhələsində cərəyan edən hadisələr və proseslərin mahiyyəti barədə geniş məqalələrlə çıxış edirlər.
Bir sözlə, Prezident İlham Əliyevin rasional strateji kursu bütün cəbhələrdə üstünlüyün təmin olunmasını - tarixi qələbənin möhkəmləndirilməsini təmin edir. İnformasiya savaşı isə Azərbaycanın mütləq üstünlüyü şəraitində davam edir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

