www.44days.info portalının təqdimatı olub
13.10.2021 [14:44]
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.44days.info portalının oktyabrın 13-də təqdimatı olub.
yeniazerbaycan.com AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimatda çıxış edən Heydər Əliyev Fondunun şöbə müdiri Cəmil Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın qürur tarixini yazdığını bildirib. Qeyd edib ki, təqdim olunan səkkiz bölmədən ibarət resurs isə 44 günlük Vətən müharibəsinin salnaməsini Azərbaycan, rus və ingilis dillərində izləyicilərə çatdırır.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri, dövlətimizin başçısının müxtəlif beynəlxalq media qurumlarına və xəbər agentliklərinə müsahibələri, tvitləri, videokonfransları, onlayn görüşləri, müxtəlif ölkələrin prezidentləri və rəsmiləri ilə telefon danışıqları, yerli və beynəlxalq qurumların, müxtəlif ölkələrin və təşkilatların nümayəndə heyətləri ilə keçirilən qəbullar, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi açıqlamaları, xarici mediada Vətən müharibəsi ilə bağlı dərc edilən məqalələr, 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı hücumlarla bağlı məlumatlar portalda əksini tapıb.
Belə bir resursun yaradılmasının vacibliyini vurğulayan saytın işçi qrupunun üzvü Şamxal Əbilov deyib: “Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və qalib Azərbaycan Ordusuna minnətdarlıq edir, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik”.
Təqdimat zamanı bildirilib ki, portalın əsas səhifəsində Vətən müharibəsinin hər günü və Ermənistanın kapitulyasiyasını ifadə edən üçtərəfli Bəyanat yer alıb. Bundan başqa, müharibənin hər günü ayrıca bölmələrdə təqdim edilir, xarici mediada həmin günə aid dərc olunan məqalələr və analitiklərin proqnozları mətn və linklərdə əks olunur.
Portalın “44 günlük müharibəyə gedən yol” bölməsində 2020-ci ilin iyul hadisələri xronoloji ardıcıllıqla təqdim edilib və “Müharibə niyə baş verdi?” başlıqlı təhlil verilib. 2020-ci il iyulun 14-də Ordumuza dəstək məqsədilə Bakının mərkəzində keçirilən yürüşün fotoları və xarici mediada bu hadisələrlə bağlı dərc olunan məqalələr mətn və linklərlə təqdim edilib. “Mülki əhaliyə hücum” bölməsində isə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun cəbhəboyu mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Goranboy, Tərtər və cəbhə xəttindən kənarda yerləşən digər şəhər və rayonlara endirdiyi raket zərbələri və artilleriya atəşi nəticəsində mülki əhalimizin öldürülməsi və onlara dəyən ziyanı əks etdirən məqalələr xronoloji ardıcıllıqla yerləşdirilib.
Azərbaycan Ordusunun Vətən müharibəsindəki tarixi Qələbəsi münasibətilə Bakıda keçirilən hərbi paraddan videogörüntülər, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərə etdiyi səfərlərin xronoloji ardıcıllığı, o cümlədən foto və video materiallar da sayt izləyicilərinə təqdim edilir.
Bundan əlavə, portalda Qarabağ münaqişəsinin tarixi, hüquqi və siyasi aspektləri, işğal olunan ərazilərdə mədəni irs və təbii sərvətlərimizə qarşı ermənilər tərəfindən törədilmiş cinayətlər, Xocalı soyqırımı ilə bağlı gerçəkləri özündə əks etdirən baza yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18

