Əsas hədəf Sülh sazişidir
20.10.2021 [11:46]
İşçi Qrupu bu gün nələri müzakirə edəcək?
Oktyabrın 20-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli İşçi Qrupunun növbəti iclası keçiriləcək. Rusiya mediasının məlumatına görə, görüşdə üç ölkənin Baş nazirlərinin müavinləri Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryan iştirak edəcəklər.
10 noyabr 2020-ci il Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatı Cənubi Qafqazda yeni mərhələnin başlanğıcını qoydu. Bu Bəyanatın imzalanmasından 2 ay sonra yanvarın 11-də Moskvada üç ölkə başçısının görüşü - 10 noyabr üçtərəfli Bəyanatının möhkəmləndirilməsi baxımından əhəmiyyət kəsb edirdi. Məhz bu görüşdə əldə edilmiş razılaşmaya əsasən, regionda tamamilə fərqli geoiqtisadi mənzərə yaranacaq, yeni nəqliyyat kommunikasiyalarının açılması reallaşdırılacaq. Lakin prosesin o qədər də sürətli getdiyini söyləyə bilmərik. Səbəb isə yanvarın 11-dən etibarən Ermənistan tərəfinin müxtəlif bəhanələrlə prosesin ləngiməsinə şərait yaratması idi. Ancaq son zamanlar rəsmi İrəvanın mövqeyində müəyyən dəyişikliklər olduğunu desək, yanılmarıq. Maraqlıdır, bu gün üçtərəfli İşçi Qrupunun iclasında hansı məsələlər masaya yatırıla bilər?
Sualımızı cavablandıran Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə “Yeni Azərbaycan”a açıqlamasında qeyd edib ki, məlum görüşün əsas məqsədi bölgədə kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiya prosesi ilə bağlı müzakirələrin aparılmasıdır.
İclasın keçirilməsinin müsbət addım olduğunu vurğulayan millət vəkili söyləyib ki, Azərbaycan hazırda Zəngəzur dəhlizinin, eyni zamanda avtomobil və dəmir yollarının açılması istiqamətində işlərin davam etdirilməsini planlaşdırır:
“Türkiyə tərəfindən də bununla bağlı müəyyən işlər görülüb, Naxçıvanda inşa işləri davam etdirilir. Bütün bunlar bölgəni sabitlik və əməkdaşlıq bölgəsinə çevirə bilər. Kommunikasiyaların açılmasında Rusiya və Türkiyənin böyük maraqları var. Ancaq bundan sonra Ermənistanın normal bir dövlət olması mümkündür. Ona görə də sözügedən görüşün baş tutması çox yaxşı haldır. Məhz bu görüşdən sonra qeyd etdiyimiz proseslərin həyata keçirilməsi üçün işlər davam edəcək”.
Beynəlxalq məsələlər üzrə mütəxəssis, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, Əziz Əlibəylinin sözlərinə görə, üçtərəfli İşçi Qrupunun əsas tərkibi ilk növbədə iqtisadçılardan ibarətdir.
Ə.Əlibəylinin fikrincə, Azərbaycan tərəfdən İşçi Qrupuna Baş nazir müavininin Şahin Mustafayevin rəhbərlik etməsi iclasda iqtisadi məsələlərin ön plana çıxmasından xəbər verir:
“Kommunikasiyalar, yük daşımaları, dəmir və avtomobil yolları, ölkələrarası əlaqələr, təhlükəsizlik, sərhəd və gömrük məsələsi görüşün əsas məğzini təşkil edir. Hətta ekologiyaya dair məsələlərin də müzakirəsi planlaşdırılır. Üçtərəfli İşçi Qrupunun əsas hədəfi isə ölkə rəhbərləri arasında bağlanacaq sülh sazişinə gətirib çıxaran yolu qət etməkdən ibarətdir. Müəyyən mübahisəli məqamlar var. Təbii ki, zaman keçdikcə də onlar öz həllini tapacaq.
İlk növbədə sərhədlərin demarkasiya və delimitasiyası, sonra kommunikasiyaların açılması, sərhədlərin dəqiqləşdirilməsi və sülh prosesinə aparan sənədlərin hazırlanma prosesi görüşün əsas mahiyyətindən ibarətdir”.
Yeganə Bayramova
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

