"Yeni media erasının dəyərləri" mövzusunda konfrans və seminar keçirilib
01.07.2010 [09:57]
Dünən Bakıda Avropa Yayımçılar Birliyi, Norveç İctimai Yayımçılarının dəstəyi və Azərbaycan Media Mərkəzinin əməkdaşlığı ilə “Yeni media erasının dəyərləri” mövzusunda konfrans və seminar keçirilib.
Tədbirdə dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, müxtəlif kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər. Konfrans və seminarda panel-debat və müzakirələrin əsasını media qanunvericiliyi və söz azadlığı məsələsi təşkil edib.
İsveç Maarifçi Yayımının baş direktoru, tədbirin moderatoru Erik Fiştelius müzakirələrin jurnalistlər üçün faydalı olacağını deyib.
Müzakirələr zamanı iştirakçıların çoxsaylı suallarını cavablandıran Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov yarandığı dövrdən müxtəlif inkişaf mərhələləri keçən Azərbaycan mediasının bu gününə nəzər salıb. Bildirib ki, bu gün ölkədə 300-dən çox gündəlik kütləvi informasiya vasitəsinin nəşr olunması, on minlərlə jurnalistin sərbəst şəkildə informasiya toplaması, mükəmməl hüquqi bazanın formalaşdırılması ölkədə azad mətbuatın inkişafı üçün yaradılmış şəraitin göstəricisidir. Azərbaycan MDB məkanında yeganə ölkədir ki, mətbu nəşr təsis etmək üçün hər hansı bir qurumun icazəsini almağa ehtiyac yoxdur. Medianın həm də problemsiz olmadığını deyən Əli Həsənov bunun bir tərəfdən zamana bağlı həllini gözləyən məsələlərlə əlaqədar olduğunu, digər tərəfdən də sosial məsələləri əhatə etdiyini deyib, həmin problemlərin dünya ölkələrinin hər birində mövcudluğunu vurğulayıb.
Əli Həsənov jurnalist fəaliyyətində peşəkarlığın artırılmasının vacibliyinə diqqəti çəkərək, medianın mənfi hallardan azad olunması üçün jurnalistlərin vahid Əxlaq Kodeksinin hazırlanıb qəbul edilməsini vacib sayıb.
Şöbə müdiri deyib ki, bu auditoriyada iştirak edən hər bir şəxsin Azərbaycanda mətbuatın mövcud vəziyyəti ilə bağlı kifayət qədər məlumatı var. Azərbaycan hakimiyyətinin kütləvi informasiya vasitələrinin inkişafı, söz və mətbuat azadlığı, transmilli dünya informasiya məkanına inteqrasiyası, o cümlədən internet mediasının perspektivləri ilə bağlı mövqeyi hamıya bəllidir. Bu aşkarlığı çox əhəmiyyətli hesab edirik. Azərbaycan dövləti mətbuat və söz azadlığının inkişafında maraqlıdır. Biz dünya informasiya məkanında milli dəyərlərimizlə, imkanlarımızla iştirak etmək fikrindəyik.
ATƏT-in media azadlığı üzrə keçmiş nümayəndəsi Mikloş Haraşti Azərbaycanda media sahəsində əldə olunan müsbət meyilləri diqqətə çatdırıb.
Rabitə və informasiya texnologiyaları nazirinin müavinin İltimas Məmmədov Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişafının media sahəsinə, internetin geniş yayılmasına müsbət təsirindən danışıb. Bildirilib ki, bu gün ölkə əhalisinin 41 faizi internetdən istifadə edir. İnternetdən istifadə qiymətləri isə bir neçə dəfə aşağı salınıb. Konfrans və seminarda jurnalistikanın gələcək inkişafı, jurnalist peşəkarlığı və məsuliyyətinin artırılması ilə bağlı təkliflər irəli sürülüb.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

