Türk dünyasının həkimləri və alimləri Naxçıvanda bir araya gəliblər
02.07.2010 [10:51]
İyunun 28-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Türk Gastroenteroloji Vakfının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasındakı “Duzdağ” otelində Türkiyə və Azərbaycan həkimlərinin iştirakı ilə Gastroenteroloji ve Hepatoloji Konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikasının rəhbərliyi tərəfindən dəstəklənən bu konfransa Türkiyədən 50-yə yaxın elm adamı, alimlər və həkimlər qatılıblar. Konfransda Naxçıvan həkimləriylə yanaşı, Bakıdan 20-ə yaxın elm adamı, gastroentoloqlar və həkimlər iştirak ediblər.
Konfransda çıxış edən ATXƏM-in sədri İlham İsmayılov konfrans iştirakçılarını salamlayaraq bildirib ki, Türk Dövlətləri həkimləri üçün Gastroenteroloji ve Hepatoloji Konfransın Naxçıvan Muxtar Respublikasında keçirilməsi həkimlərin beynəlxalq təcrübə mübadiləsi aparması ilə yanaşı, Azərbaycanın maraqlarını müdafiə edən diaspor təşkilatlarının əlaqələrinin genişlənməsi baxımından da əhəmiyyətlidir.
Türk Gastroenteroloji Vakfının başkanı prof.dr. Ali özden də söyləyib ki, iki il öncə analoji Beynəlxalq Gastroenteroloji Konfrans Türk Gastroenteroloji Vakfı və ATXƏM-in birgə təşkilatçılığı ilə Gəncə və Bakı şəhərlərində keçirilib. Konfransın nəticəsi olaraq Azərbaycan və Türk həkimləri arasında zəngin təcrübə mübadiləsi gerçəkləşib, tibb sahəsində qarşılıqlı əməkdaşlıq üçün gözəl imkanlar yaranıb: “Biz bu gün həmin əməkdaşlığı daha da genişləndirmək və həkimlərimizin öz təcrübələrini bölüşmələri üçün Türk dünyası üçün çox önəmli bir bölgə olan Naxçıvandayıq”.
Konfransda iştirak edən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbənin sektor müdiri Qafar Əliyev qeyd edib ki, Türkiyə Qastreonteroloji Vakfı ilə ATXƏM Bakı və Gəncədən sonra yenidən təşəbbüs göstərərək, 26-30 iyun 2010-cu il tarixində növbəti Beynəlxalq Qastreonteroloji konfrans keçirməyi qərara alıb. Həmin təşəbbüs Naxçıvan Ali Məclisinin rəhbərliyi tərəfindən bəyənilib və bu istiqamətdə ciddi hazırlıq işləri görülüb: “Bu toplantıda əsas məqsəd Türk dünyasını qovuşduran və Şərqin qapısı hesab olunan qədim Naxçıvan torpağının sosial-iqtisadi həyatında elm, təhsil, mədəniyyət, tibb və digər sahələrdə əldə etdiyi nailiyyətlərlə tanış olmaq və həmçinin, Naxçıvan MR-də qastreonteroloji sahədə çalışan həkimlərə faydalı məsləhətlər vermək, onlarla fikir mübadiləsi aparmaqdır. Əgər hər bir digər sahələr üzrə çalışan mütəxəssislərimiz də oxşar vətənpərvərlik coşqusu ilə hərəkətə keçib, təşəbbüslər göstərsələr yaxın zamanlarda - XXI əsrin ilk onilliyində Türk dünyası birliyi yolunda əsil möcüzələr baş verəcək”.
Sonra konfrans həkimlərin məruzələri ilə davam etdirilib.
Konfransda məruzə ilə dr.Ahmet Aydın, dr.Selçuk Dişibeyaz, dr.Fulya Demirçeken, dr. Zeygam Süleyman, dr. Altay çelebi, dr.Abdullah Sonsuz, dr. Galip Ersöz, Dr. Dilek Oğuz, dr.Nuru Bayramov, dr. Burhan Şahin, dr. Cihan Yurdaydın, dr. Yusuf Bayraktar, dr. Yılmaz çakaloğlu, Dr. Ahmet Tezel,Dr. Erkan Parlak, dr. Mircelal Kazimi, dr. Eldar Əhmədov çıxış edərək qastreonterologiya sahəsindəki yeniliklərlə bağlı məlumat verib, bu sahədə öz bilik və bacarıqlarını paylaşıblar.
İyunun 29-da isə Naxçıvan Dövlət Universitetində Türk dünyasının bir parçası olan Naxçıvanın tarixinə və bu günkü vəziyyətinə həsr olunmuş Tarix Konfransı keçirilib.
Konfransda çıxış edən Naxçıvan Dövlət Universitetinin prorektoru Hüseyn Rəcəbli qonaqlara Universitetlə bağlı məlumat verib.
Akademik Vəli Əliyev isə konfransda Naxçıvanın tarixi ilə bağlı məruzə edib. Sonra qonaqlar Naxçıvanın tarixi abidələri, o cümlədən Möminə Xatun türbəsi, Nuh peyğəmbərin türbəsi və açıq səma altındakı Tarix muzeyi ilə tanış olublar.
RAMİL
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59

