Gənclər parlamenti: Nə üçün yaradılır və gənclərə nə verəcək?
04.11.2021 [10:17]
Azərbaycan Gənclər Parlamentinin yaradılması gənclərin siyasətə cəlb olunması üçün xüsusi əhəmiyyətli imkan yaradan layihənin başlanğıcıdır. Milli Məclislə Gənclər Fondu arasında imzalanan memorandum göstərir ki, hazırda aparılan gənclər siyasəti ölkəmizin əsas siyasi xətlərindən biri kimi sağlam, vətənpərvər Azərbaycan gəncliyi formalaşdıra bilib.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda 1996-cı ildə ilk dəfə gənclərin birinci forumunun keçirilməsi və bir il sonra Şərqi Avropada ilk dəfə məhz Azərbaycanda Gənclər Gününün təsis edilməsi ölkəmizdə gənclərə göstərilən diqqətin ən bariz nümunəsidir. Bu təşəbbüs Azərbaycan Prezidenti İlham Əliyevin dövründə də öz bəhrəsini verməkdədir. Dövlət başçısının həyata keçirdiyi siyasətdə gənclərin icraedici orqanlarda, məhkəmədə irəli çəkilməsi, həm də hazırda parlamentdə gənc deputatların təmsil olunması ölkəmizdə gənc nəslin potensialından xəbər verir. Bu potensial özünü torpaqlarımızın işğaldan azad olunması prosesində də göstərdi. Qeyd edək ki, Azərbaycanda Gənclər Parlamentinin yaradılması uzun illərdir müzakirə olunan layihələrdən biri idi.
Layihənin Milli Məclis tərəfindən tanınması onun uğurlu olmasından xəbər verir. Çünki burada əsas məqsəd gənclərin Milli Məclisin fəaliyyətinə cəlb olunmasıdır. Memorandum imzalanarkən Azərbaycan Gənclər Parlamentində 30 gəncin, o cümlədən 13 iqtisadi rayonumuzun hərəsindən 2 nəfərin, Bakı iqtisadi rayonundan isə 4 nəfərin təmsil olunması nəzərdə tutulub.
Azərbaycan Gənclər Parlamenti ölkəmizdə gənclərin sosial-iqtisadi vəziyyətinin monitorinqi, gənclər arasında hüquq mədəniyyətinin yüksəldilməsi, gənclərin cəmiyyətin ictimai və siyasi həyatında fəal rol oynaması, həmçinin onların Milli Məclisdə müvafiq qanun layihələrinin ictimai müzakirələrində iştirakının təmin edilməsi baxımından çox mütərəqqi təsisat olacaq.
Daha ətraflı desək, Gənclər Parlamenti tərəfindən Milli Məclisin gündəliyində olan müvafiq qanun layihələrinin ictimai müzakirəsi təşkil olunacaq, yeni təşəbbüslərlə çıxış etmək üçün söhbətlər aparılacaq, təkliflər formalaşdırılacaq, müxtəlif mövzular üzrə forumların təşkili və fəaliyyətlərin əlaqələndirilməsi məqsədilə işçi qrupları formalaşdırılacaq.
Digər tərəfdən Gənclər Parlamenti gənclərin problemlərini öyrənməli, onlarla ünsiyyətdə olmalı, müəyyən məsələlərdə təbliğat aparmalıdır. Sonda isə əldə olunan ümumi məlumatları və görülən işləri təqdim etməlidir.
Milli Məclisin deputatı Nigar Arpadarai layihənin çox uğurlu olduğunu və daim dəstəklənməsinin vacibliyini diqqətə çatdırıb: “Bu cür layihələr ümumilikdə parlamentalizmin inkişafına gətirib çıxarır. Təbii ki, indi parlamentalizmin inkişafı deyəndə XİX və XX əsrdən fərqli məsələlər nəzərdə tutulur. İndi müəyyən çətinliklər, problemlər var. İnternetin sürətli inkişafı ilə bağlı bu proses yeni forma alıb. Ancaq istənilən halda ölkədə parlamentalizmin inkişafı üçün gənclərin siyasətdə irəliləməsini təmin edən layihələrin təşkil edilməsi önəmlidir. Gənclər Parlamenti ideya olaraq təqdirəlayiqdir. İşlək bir mexanizmin yaranmasını gözləyirik. Bu mexanizm elə bir fəaliyyət göstərməlidir ki, gələcək nəslin də marağını cəlb etsin, onları da bu layihələrdə iştirak etməyə həvəsləndirsin”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

