Azərbaycan milli mətbuatının 135 illik yubileyi ilə bağlı Şəkidə tədbir keçirilib
10.07.2010 [08:10]
Şəkidə “Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər” mövzusunda baş tutan konfrasda Prezident Administrasiyasının rəsmiləri, KİVDF-nin və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, Şəki və ətraf bölgələrdə fəaliyyət göstərən mətbu nəşrlərin redaktorları, ictimaiyyət nümayəndələri və yerli hakimiyyət orqanlarının təmsilçiləri iştirak ediblər.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxışında dövlət başçısının Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi barədə 10 iyun 2010-cu il tarixli Sərəncamından irəli gələn məsələlər barədə məlumat verib. O, yubiley konfranslarının iyulun 22-dək keçiriləcəyini, daha bir neçə bölgəni əhatə edəcəyini bildirərək tədbirlərdəki ictimai aktivlik dərəcəsini medianın cəmiyyətdəki yeri və roluna bəslənilən əhəmiyyətli münasibətin nümunəsi kimi dəyərləndirib.
Ə.Mehdiyev ölkədə jurnalist ictimaiyyətinin dəyər verdiyi hadisə və proseslərə hər zaman həssas yanaşıldığını vurğulayaraq bunun dövlətin siyasi xəttindən irəli gəldiyini bildirib. “ümumbəşəri dəyərlərin üstünlüyünü, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulub. Həyata keçirilən məqsədyönlü tədbirlər kütləvi informasiya vasitələrinin demokratiya və aşkarlığın mühüm amilinə çevrilməsinə münbit zəmin yaradıb”, - deyə o, əlavə edib.
“Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər” mövzusunda məruzə edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amasov ölkə mediasının inkişaf xüsusiyyətlərindən söhbət açıb. “Həsən bəy Zərdabinin yaratdığı mətbu ənənə əslində sonrakı dövr jurnalistikamız üçün bir növ cığır yaratmış oldu. “Əkinçi” məktəbinin müdavimləri XX əsrin əvvəllərində “Şərqi-Rus”, “Həyat”, “Kaspi”, “Molla Nəsrəddin”, “Zənbur” kimi indinin özündə də heyrət doğuran qəzet və jurnalları ərsəyə gətirdilər. Bu nəşrlərin rəhbərləri bir qayda olaraq uğurlarının “Əkinçi” ənənələrindən qaynaqlandığını vurğulayırdılar. Bu mənada mətbuatımızın şah əsəri sayılan “Molla Nəsrəddin” jurnalı xüsusi qeyd edilməlidir. çar Rusiyasının süqutuna doğru mətbuat istiqlal ideyalarının carçısına çevrilmişdi. Cəmi 43 il ərzində belə bir missiyanın daşıyıcısı olmaq böyük uğur idi və mətbuatımız bunu bacarmışdı”, - deyə Amaşov bildirib.
Məruzə ətrafında çıxış edən Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vuqar Səfərli rəhbəri olduğu qurumun fəaliyyət istiqamətlərindən danışıb. O, Fondun milli mətbuatın 135 illik yubileyi münasibətilə jurnalistlər arasında yazı müsabiqəsi təşkil etdiyini və nəticələrinin tezliklə açıqlanacağını vurğulayıb. “Bütün bunlar jurnalist əməyinin stimullaşdırılmasına, kütləvi informasiya vasitələri nümayəndələrinin peşəkarlıq səviyyələrinin artırılmasına böyük dəstəkdir. Hesab edirəm ki, Fondun mövcud istiqamətdəki fəaliyyəti bundan sonra daha da intensiv səciyyə daşıyacaq”, - o deyib.
MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, ölkə Prezidentinin Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi barədə Sərəncamı dövlətin media sahəsində məqsədyönlü və ardıcıl siyasi xəttinə dair növbəti bariz nümunədir. “ötən illərlə müqayisə bu xəttin daha da genişlənməkdə olduğunu göstərməkdədir. Düşünürəm ki, media ictimaiyyətimiz bundan nəticə çıxarmalı, öz fəaliyyətini gücləndirərək adekvat münasibətini ortaya qoymalıdır. Bu işdə hər bir həqiqi jurnalistin üzərinə məsuliyyət düşür”, - deyən Rəhimzadə diqqəti Mətbuat Şurasının ölkədə media sahəsindəki tənzimləməni nəzərdə tutan fəalyyəti ilə bağlı konkret faktlara çəkib.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

