Təklif o qədər möhtəşəmdir ki...
17.11.2021 [10:17]
Əzəmətli mədəniyyət paytaxtımız: Əziz Şuşa!
2020-ci il noyabrın 8-i Azərbaycan tarixindəki səhifələrə qızıl hərflərlə yazıldı. Məhz bu tarixdə iyirmi səkkiz il yarım işğal altında qalan Şuşamız azad edildi. 44 günlük savaş dövründə bəlkə də ən qürurlu və ən möhtəşəm anlardan biri idi Şuşanın işğaldan qurtulması... Ötən il noyabrın əvvəllərində məlumat verilməsə də, hamı məsələdən agah idi. Çünki cənab Prezident mesajını vermişdi: “Şuşasız bizim işimiz yarımçıq qalar”. Ermənilərin Şuşanı boşaltmaları, şəhərin mühasirədə olması kimi xəbərlər bir-birini əvəz edirdi. Artıq əsgərlərimizin səsi Şuşadan duyulurdu. Və həmin möhtəşəm tarixi an... Ali Baş Komandanımız noyabrın 8-i canlı yayımda öz səsini duyurdu: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”. Məhz bu ifadələr hər birimizin dilində əzbər oldu...
“Yeni Azərbaycan” qəzeti ölkə başçısının Şuşanın azad olunması ilə bağlı səsləndirdiyi fikirlərdən yola çıxaraq, əsrarəngiz şəhərimizlə bağlı maraqlı təşəbbüs irəli sürüb. Bu da Şuşaya “Əziz” statusunun verilməsi ilə bağlıdır. Məlumdur ki, tarixən düşmənə qarşı apardığı mübarizəyə görə fərqlənən şəhərlərə müxtəlif status və şərəf adları verilib. Məsələn, Türkiyənin üç böyük şəhəri Kurtuluş Savaşında verdiyi mücadiləyə görə belə adlara layiq görülüb. 1921-ci ildə Antepə-Qazi Antep, 1973-cü ildə Maraş şəhərinə-Kahraman Maraş, 1984-cü ildə Urfa şəhərinə-Şanlı Urfa ünvanı verilib. 2016-cı ilin iyul ayında dövlət çevrilişinə cəhd edən silahlı qruplara qarşı apardığı mübarizəyə görə Ankaranın Kazan qəsəbəsinə də Kahraman Kazan adı verilib.
Müxtəlif ictimaiyyət nümayəndələri sözügedən ideya ilə bağlı düşüncələrini “Yeni Azərbaycan”la bölüşüblər.
Şuşa anlayışını kəşf etməyimizə yenidən imkan yaradır
Millət vəkili, akademik-professor Nizami Cəfərov məlum təşəbbüsün çox gözəl və maraqlı olduğunu qeyd edib:
“Ölkə başçısının Şuşanın azad olunması ilə bağlı söylədikləri olduqca dərin məzmuna malik idi. Şuşaya “Əziz” statusunun verilməsi təklifi ilə çıxış etmək isə möhtəşəm ideyadır. Bu təklif məsələnin mahiyyəti etibarı ilə çox dərin və önəmlidir. Xüsusilə də “Əziz” statusunun verilməsi texniki olaraq mümkündürsə, məsələnin rəsmiləşdirilməsi işinə də baxıla bilər. Hətta desələr ki, ortaya texniki və yaxud inzibati baxımdan müəyyən çətinliklər çıxır, lakin təklifin özü o qədər möhtəşəmdir ki, Prezidentimizin sözləri ilə Şuşa anlayışını kəşf etməyimizə yenidən imkan yaranır”.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov düşünür ki, Şuşaya yalnız “Əziz” yox, digər adlar da verilsə, hər kəs bunu sevə-sevə qəbul edər:
“Dünyada qəhrəmanlıq göstərmiş şəhərlərə müəyyən status və adların verilməsi təcrübəsi mövcuddur. Bu baxımdan, “Yeni Azərbaycan” qəzetinin təşəbbüsü çox maraqlıdır, ideyanı dəstəkləyirəm”.
“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bildirib ki, keçən il Vətən müharibəsi başlayandan sonra Şuşamız haqqında ən gözəl sözləri Azərbaycan Prezidenti səsləndirdi:
“Ölkə başçısı oktyabrın 4-də Cəbrayılın işğaldan azad edilməsini elan edərkən barmağını yelləyərək söylədi ki, “Müqəddəs şəhərimizi murdarlayırlar”. Daha sonra türk jurnalistə müsahibəsində bildirdi ki, “Şuşasız bizim işimiz yarımçıq qalar”. Nəhayət noyabrın 8-də bütün azərbaycanlıların dilində bayatı və layla kimi əzbər olan ifadələri dilə gətirdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”. Ali Baş Komandan bu il yanvarın 14-də ilk dəfə Şuşaya gedərkən vurğuladı ki, “Sözün düzü, adam heç Şuşadan getmək istəmir”. O, Şuşanın arxitekturası, təbiəti və aurası barədə ürəklə danışdı. May ayında “Xarıbülbül” festivalında isə söylədi ki, “Dünyanın çox şəhərlərində olmuşam. Ancaq Şuşaya bənzər şəhər görməmişəm”. Cənab Prezident Şuşa haqqında danışanda üzündə günəş doğur. O, Şuşanı sevir və bu sevgisi də bütün xalqımıza sirayət edir. Ölkə başçısı, həmçinin imzaladığı Sərəncamla Şuşanı mədəniyyət paytaxtı elan edib”.
R.Məcid qeyd edib ki, mədəniyyət paytaxtı olması Şuşaya əzizlik, doğmalıq və müqəddəslik kimi xüsusi bir status verir:
“Ölkəmizdə hansısa şəhərə xüsusi adların verilməsi təcrübəsi olmayıb. Amma Şuşa mədəniyyət paytaxtı kimi artıq təsdiq edilib. Hesab edirəm ki, ifadələrimizdə nə qədər çox “Əziz Şuşa” işlətsək, bu, həm mənəvi-psixoloji, həm də siyasi cəhətdən Şuşanın vacibliyi və doğmalığının göstəricisi ola bilər. Ona görə “Yeni Azərbaycan” qəzetinin bu təşəbbüsü təqdirəlayiqdir. Bu ideya hər bir Azərbaycan vətəndaşında Şuşaya məhəbbət, doğmalıq və əzizlik hissi aşılamaq baxımından olduqca əhəmiyyətlidir”.
Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı isə belə statusa ehtiyac olmadığını bildirib:
“Çünki Şuşa adının özü əzizdir. Onun adının əvvəlinə “Əziz” sözünü artırmasaq da olar. Vətənimizin bütün guşələri bizim üçün əziz olmalıdır. Cənab Prezidentin Şuşanın azad olunması ilə bağlı çıxışı, 30 illik həsrətdən sonra “Əziz Şuşa, sən azadsan!” deməsi çox gözəl və möhtəşəm idi. Ona görə də bundan sonra Şuşa adının qarşısına “Əziz” sözünün yazılmasına ehtiyac yoxdur”.
Tarixçi-alim Faiq Ələkbərli məlum təşəbbüsü müsbət qiymətləndirdiyini vurğulayıb:
“Digər ölkələrdə olduğu kimi biz də belə nümunələrdən istifadə edə bilərik. Necə ki, qardaş Türkiyə və başqa ölkələrdə işğaldan azad olan, qəhrəmanlıq göstərən şəhərlərə müxtəlif statuslar verilib. Bu baxımdan, Şuşaya “Əziz” statusunun verilməsi üzərində düşünmək olar. Eyni zamanda, Şuşa ilə bağlı fərqli statusların verilməsi də mümkündür. Ümumilikdə isə bu təşəbbüsü çox yüksək qiymətləndirirəm”.
Millət vəkili Aqil Abbas söyləyib ki, Şuşa qədim və möhtəşəm şəhərlərimizdən biridir:
“Onsuz da Şuşa adının özü bizim üçün əziz və doğmadır. Azərbaycan xalqı neçə illər ərzində Şuşanın azad olunması xəyalı ilə yaşayıb. Bu baxımdan, Şuşa bizim üçün hər zaman əziz idi, bundan sonra da əziz olaraq qalacaq. Məncə, şəhərin adının qarşısına hansısa adın artırılmasına ehtiyac yoxdur”.
Əslən şuşalı olan yazıçı-publisist Kərim Kərimlinin sözlərinə görə, cənab Prezidentin “Əziz Şuşa, sən azadsan!” ifadəsi 8 may 1992-ci ildən 8 noyabr 2020-ci ilə qədər Şuşa haqqında eşitdiyimiz ən əziz kəlmələrdən idi:
“Hər bir azərbaycanlının qəlbi məhz bu kəlmələrlə riqqətə gəlmişdi. Elə bu dəqiqələrdə də özümü ötən ilin 8 noyabrındakı kimi hiss edirəm. “Əziz Şuşa” ifadəsinin özü də ən əziz sözlərdən biridir. Məlumdur ki, Şuşa ilə bağlı ardıcıl təşəbbüslər irəli sürülür. Bunlardan ən möhtəşəmi cənab Prezidentin Şuşanı mədəniyyət paytaxtı elan etməsi idi. “Yeni Azərbaycan” qəzetinin irəli sürdüyü təşəbbüs isə olduqca pozitivdir. Bu ideya xalqımızın arzuları, amalları və gələcəyi ilə bağlıdır. Ona görə də belə ideyaları böyük məmnuniyyətlə dəstəkləyirəm. Sözügedən təşəbbüs Şuşanı qəlbinin içində yaşadan biri kimi şəxsən məni çox kövrəltdi və sevindirdi”.
Yeganə Bayramova
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

