İƏT region ölkələri üçün yeni iqtisadi imkanlar yaradacaq
28.11.2021 [17:15]
Xəbər verdiyimiz kimi, bu gün Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib. Dövlətimiz başçısı toplantıda çıxışı zamanı bir sıra mühüm məqamlara toxunub. Prezident ölkəmizin iqtisadi durumu və beynəlxalq iqtisadi platformalarda iştirakı, Azərbaycanda koronavirusla bağlı vəziyyət və peyvəndlənmə prosesi, həmçinin region üçün əhəmiyyətli olan Zəngəzur dəhlizi ilə bağlı məsələlərdən danışıb.
Qeyd edək ki, İƏT-in Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün bu təşkilata üzv ölkələrə yardım etməkdir. Bu baxımdan həmin ölkələrin toplantıda iştirakı və birgə əməkdaşlıq onların iqtisadi inkişaf üçün mühüm nüans hesab olunur.
Millət vəkili Vüqar Bayramov “yeniazerbaycan.com”a açıqlamasında qeyd edib ki, İƏT region ölkələrini özündə birləşdirən əsas regional qurumlardan biri hesab olunur. Həmin təşkilatda bütün türk dövlətləri, eyni zamanda Azərbaycanın haqq işinə dəstək olan bir sıra regional ölkələr var.
Parlament üzvününü sözlərinə görə, İƏT-na üzv olan ölkələrin bütövlükdə iqtisadi gücününü artması müşahidə olunur:
“Çünki söhbət 4 milyondan artıq əhalini birləşdirən coğrafiyada yaradılan qurumdan gedir.
Toplantıda müzakirə edilən məsələlərdən biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsi fonunda təşkilata üzv olan ölkələr arasında əməkdaşlığın genişləndirilməsi imkanlarıdır. Nəzərə alsaq ki, Soçi görüşündən sonra Zəngəzur dəhlizinin daha qısa müddətdə reallaşma imkanları yaranıb. Çünki həm üçtərəfli bəyanatda, həm də Rusiya prezidentinin çıxışında məhz kommunikasiya və dəhlizlərin bərpası məsələsinə toxunulub. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizinin reallaşması region ölkələri üçün yeni imkanlar yaradacaq. Əvvəla, bu dəhlizin reallaşması regionun quru nəqliyyat vasitəsi ilə birləşməsinə imkan verəcək. Xüsusilə, 1.1 trilyon dollardan artıq ümumdaxili məhsulu olan türk dünyası quru nəqliyyat vasitəsi ilə birləşəcək”.
V.Bayramov vurğulayıb ki, mühüm məqamlardan biri İƏT-ə üzv olan ölkələr arasında beynəlxalq daşımalar xərcinin artması və xarici ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlıdır:
“Nəticədə gözlənilir ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, bütövlükdə region üzərindən daşınan yüklərin həcmini artıracaq. Bu da quruma üzv olan ölkələrin beynəlxalq yükdaşımalarda əldə etdiyi gəlirin həcminə müsbət təsir göstərəcək. Sözügedən dəhliz ölkələr arasında ticarət əlaqələrinin genişləndirilməsi və bütövlükdə iqtisadi əməkdaşlıq imkanlarının artırılması baxımından vacibdir. Ona görə də regionda Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəticədə İƏT-ə üzv olan ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsinə imkan verəcək və bu, region üçün yeni iqtisadi imkanlar yaradacaq”.
Millət vəkili Azər Badamovun sözlərinə görə, Azərbaycan iştirak etdiyi bütün beynəlxalq təşkilatlarda öz aktivliyi ilə seçilir:
“Cənab Prezidentin çıxışı beynəlxalq təşkilatın üzvləri və bütün dünya tərəfindən çox maraqla izlənilir. Çünki ölkə başçısının da qeyd etdiyi kimi, baxmayaraq ki, bütün dünyada pandemiya var, lakin iqtisadiyyatımızda artımlar mövcuddur. Azərbaycan iqtisadiyyatı günü-gündən inkişaf edir və ölkəmiz İƏT-da iştirak etməklə təşkilat üzvləri ilə əməkdaşlığa daha geniş verir. Ümumiyyətlə, İƏT region ölkələrinin bir-biri ilə inkişafına müsbət təsir göstərir. Həmçinin ölkəmiz də bu təşkilata üzv olmaqla həm öz iqtisadiyyatının yeni əməkdaşlıq imkanlarını təqdim edir, həm də digər ölkələrin iqtisadi imkanlarını nəzərdən keçirir”.
Yeganə Bayramova
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

