Azərbaycan Prezidenti bu dəfə İƏT tribunasından Zəngəzur dəhlizindən danışdı
28.11.2021 [21:27]
Aşqabad Bəyannaməsində Azərbaycana işğal olunmuş ərazilərin azad edilməsi münasibətilə təbrik ünvanlandı
Hökumətlərarası regional təşkilat olan İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə verməkdən ibarətdir. 1964-cü Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat, 1985-ci ildə İƏT olaraq yenidən qurulub. Təşkilat yarandığı gündən üzv ölkələr arasında ortaq hədəfləri müəyyənləşdirməklə səlahiyyətli olub.
Hazırda İƏT-in 10 üzvü var: Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan. Qeyd edək ki, Azərbaycan 1992-ci ildə bu təşkilata üzv olub. Katibliyi Tehranda yerləşən İƏT-in Baş katibi Tacikistanın Xusrav Noziridir. Təşkilat üzv ölkələrin iştirakı ilə toplantılar keçirir və bu iclasda ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin möhkəmlənməsi ilə bağlı töhvələr verilir.
Bu gün də Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı keçirilib. “Birlikdə gələcəyə” devizi ilə keçirilən Zirvə Toplantısı ortaq hədəfləri müəyyənləşdirmək, ticarət həcmini artırmaq, iqtisadi əlaqələri fəallaşdırmaq üçün olduqca məhsuldardır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevim toplantıda çıxışı zamanı İƏT-ə üzv dövlətlərilə dostluq münasibətlərindən, ölkəmizdəki sərmayə iqliminin yaradılmasından, COVID-19-la mübarizədən, pandemiya səbəbilə edilən humanitar yardımlardan və Vətən müharibəsindən söz açması Azərbaycanın nüfuzunu dünyanın diqqətinə bir daha çatdırıb.
Azərbaycan Prezidenti bütün Beynəlxalq platformalarda olduğu kimi, Zirvə görüşündə də Vətən müharibəsi və Zəngəzur dəhlizi ilə bağlı məsələlərə xüsusi yer verib. Soçi görüşündən sonra İlham Əliyev növbəti dəfə İƏT toplantısında da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan edib.
Prezidentin Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etməsi və bu ərazilərin təsdiqlənmiş enerji potensialını diqqətə çatdırması Zəngəzur dəhlizinin reallığa çevrilməsini labüd edir. O da məlumdur ki, bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək və İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər.
Zirvə Görüşündə qəbul edilən yekun sənəddə Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb. Bəyannamədə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilib. Təşkilata üzvü olan ölkələrin rəhbərlərinin dövlətimizin başçısını qələbə münasibətilə təbrik etməsi İlham Əliyevin yüksək beynəlxalq nüfuzunun daha bir göstəricisidir.
Deputat Arzu Nağıyev "Yeni Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin məhz Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər günü münasibətilə təbrik etməsi mühüm məsələdir. Əsas məqam isə eyni zamanda Ermənistanın da KTMT üzvü olmasıdır: "Məhz Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistanın bu təbrikə qoşulması təqdirəlayiq haldır. Bu onu göstərir ki, KTMT-yə üzv olan dövlətlər Azərbaycana dəyər verir, türk dünyasında, ümumiyyətlə, Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında da Azərbaycanı ciddi, öz sözünü demiş, qalib bir dövlət kimi qəbul edir və tanınır. Onlar İslam Əməkdaşlıq Təşkilatının ( İƏT) üzvü olmaqla yanaşı, eyni zamanda Ermənistanın üzv olduğu KTMT-nin də üzvləridirlər".
A.Nağıyev qeyd edib ki, bu eyni zamanda cənab prezidentin şəxsiyyəti, liderlik xasiyyəti, qətiyyəti ilə bağlıdır: "Bu göstərir ki, türk dünyasında Azərbaycan prezidenti lider kimi qəbul olunur. İƏT çərçivəsində qəbul edilmiş hesabatlarda “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış dəhliz” ifadəsinin öz əksini tapmasının Zəngəzur dəhlizi məsələsinin İƏT regionunda uğurla təşviq edilməsinin və qəbul edilməsinin bariz nümunəsidir”.
Günel Abbas
Xəbər lenti
Hamısına baxSosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49

