Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!!!
24.07.2010 [03:30]
“Mübariz olaq!” bir aydır hər addımda qarşıma çıxan plakat-idmançı görkəmli milli ordu zabitinin portreti cəmiyyətə bir duyğunu diqtə edir: Torpaq uğrunda ölmək üçün sadəcə istək kifayətdir-doğulduğun torpağı Vətən yapmaq istəyi... Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir.
Bu adı, bu sadə kəndli ailəsini indi gözəlimiz məmləkətimizdə hər bir uşaq, hər bir böyük əzbər bilir. Qəhrəmanlıq nümunəsi göstərən bu igidin xatirəsi iki gün öncə dövlət başçısı cənab İlham Əliyevin Sərəncamı ilə bir daha əbədiləşdi: Mübariz Ağakərim oğlu İbrahimov Milli Qəhrəman oldu.
Bütün qəhrəmanlar kimi onun da çox qısa və sadə həyat tarixçəsi var:
1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbini bitirib.
Həmin il hərbi xidmətə çağrılıb. Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə xidmət edib, çavuş rütbəsi alıb.
2007-ci ildə hərbi xidməti başa vurduqdan sonra bir müddət mülki işlərdə çalışıb. 2009-cu ilin avqust ayında öz arzusu ilə hərbiyə qayıdıb. Bu dəfə artıq gizir kimi xidmət keçməyə başlayıb.
2010-cu ilin aprel ayından Tərtər rayonunun “N” saylı hərbi hissəsində xidmət edib. 2010-cu il iyunun 18-dən 19-na keçən gecə Tərtərin çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən düşməni ağır itkilərə məruz qoyaraq qəhrəmancasına həlak olub.
Bu sadə sətirlərin altında döyünən oğul ürəyi bu qısa ömür tarixçəsini yazıb...
Mübariz İbrahimovu Ermənistanda da hamı tanıyır-böyükdən kiçiyə hər kəs, buna şübhəniz olmasın. Torpaqların alınıb onlara verildiyi gündən bəri arxalarındakı qüvvələrlə öyünən, özünün olmayanları özününküləşdirməkdə mahir olan, bəlkə də unudacaqlar deyib işğal siyasətini bacardıqca uzatmağa çalışan Ermənistanda hər kəs Mübariz İbrahimovun qəhrəmanlığından xofa düşüb...
Qarabağ savaşı başlayandan sonra evdəki əsgər portretinin yanından biri də asıldı...
Bu Azərbaycan vətəndaşının-adi azərbaycanlı ailəsinin taleyidir. Döyüş onun alnına yazılıb! Qəhrəmanlıq qan yaddaşına!
Bu gecə hamımız evdəyik. Qızımın dəmlədiyi çayı içirik. Televiziyada Mübariz İbrahimova həsr olunmuş verilişin anonsu gedir. Oğlum qürurla qoluma toxunub mavi ekranı işarə edir. Yəni görürsən də. ürəyim qopur: mən müharibədən qorxuram. Burnuma qan qoxusu gəlir. Evimizin divarından asılmış portretlər gözlərim önündən keçir. Beş yaşı olanda, kəndimizdəki məzarlıqda şəhid məzarlarını ziyarət edərkən “Mən də əsgər gedəcəm” deyəndə də belə qorxmuşdum. Ekranda Mübariz İbrahimovun anası danışır: “Mən oğlumla fəxr edirəm və bütün analara belə qəhrəman oğul anası olmağı arzu edirəm.” Sonra operator kameranı Mübariz İbrahimovun yazdığı məktuba tuşlayır: “Ata, ana, mənim yoxluğuma ağlamayın”...
Dan ulduzu yol göstərən bələdçi kimi işğal altında olan torpaqlara tərəf axır, gözdən itir. Ardınca süd kimi ağ iz qalır...
Kəbutər
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

