Minsk qrupu nəyi gözləyir?
03.12.2021 [23:31]
Yeni reallıqlar aydın yanaşma, konkret təklif və təşəbbüslər tələb edir
Nurlan QƏLƏNDƏRLİ
44 günlük İkinci Qarabağ müharibəsinin Azərbaycanın mütləq qələbəsi ilə nəticələnməsi, torpaqlarımızın işğaldan azad edilməsi təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, eyni zamanda, tarixi ədalətin təmin olunmasıdır. Azərbaycan münaqişəni həll etməklə həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasına nail oldu. Beləliklə, uzun müddət münaqişənin nizamlanması ilə bağlı vasitəçilik missiyasını yerinə yetirmək funksiyası daşıyan ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyəti nəticəsiz oldu.
ATƏT-in Minsk qrupu bundan sonra hansı missiyanı yerinə yetirəcək?
Ümumiyyətlə, müharibənin nəticələri, həmçinin regional təhlükəsizlik və əməkdaşlıq müstəvisində yeni dönəmin başlanmasını şərtləndirdi. Qalib Azərbaycanın yaratdığı reallıqlar bölgədə çoxtərəfli işbirliyinin dərinləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün unikal imkanlar formalaşdırdı. Şübhəsiz ki, respublikamızın fəal iştirakı və liderliyi fonunda cərəyan edən proseslər Avrasiyada yeni geosiyasi konfiqurasiyanın formalaşmasına ciddi təsir göstərəcək. İndi ölkəmizin təşəbbüsü ilə yeni yaranan təhlükəsizlik mühiti regional və qlobal güc mərkəzlərinin ortaq maraqlar əsasında səmərəli əməkdaşlığı üçün geniş imkanlar açır. Başqa sözlə, perspektivə dair aydın strateji baxışları olan Azərbaycanın yaratdığı bu reallıqlar təkcə respublikamız üçün deyil, bütövlükdə region dövlətləri və dünya siyasətinin güc mərkəzləri üçün də mühüm dividendlər vəd edir. Bu isə həm bölgə ölkələri, həm də bölgədənkənar qüvvələr üçün strateji şans - tarixi fürsətdir. Əsas məsələ postkonflikt dövründə regionun geostrateji dizaynında fəal iştirak etmək və ya prosesə dəstək verməkdir.
İndi ictimai rəydə müzakirə predmetinə çevrilən məqamlardan biri ATƏT-in Minsk qrupunun bundan sonra hansı funksiyanı və missiyanı yerinə yetirəcəyi məsələsidir. Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının iclasında çıxışı zamanı deyib ki, Azərbaycan ATƏT-ə müharibədən sonrakı dövrdə əməkdaşlıq üçün tədbirlər təklif edib və hələ də cavab gözləyir. O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin bərpasında ATƏT Azərbaycana kömək edə bilər: “Biz ATƏT-ə bu məsələ ilə bağlı əməkdaşlıq təklifi irəli sürmüşük və hələ də cavab gözləyirik. Münaqişənin başa çatması Azərbaycan və Ermənistanın bir-birinə qarşılıqlı hörməti, o cümlədən ərazi bütövlüyünə əsaslanan mehriban qonşuluq münasibətlərinin inkişafı üçün böyük imkan yaradır”.
Artıq “turist diplomatiyası”na yer yoxdur!
Maraqlıdır, bəs ATƏT-in Minsk qrupu nəyi gözləyir? Sirr deyil ki, 30 ilə yaxın müddət ərzində vasitəçilik missiyası daşıyan, amma vəzifəsini yerinə yetirə bilməyən ATƏT-in Minsk qrupunun fəaliyyəti etimad və səmimiyyətdən uzaq olub, sülhə, təhlükəsizliyə xidmət etməyib. Bir sözlə, bu qurum “turist diplomatiyası” ilə məşğul olub. Münaqişə isə artıq həll edilib, ona görə də ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyətinə heç bir əsas və ehtiyac yoxdur. Yeri gəlmişkən, regionda proseslərin fəal iştirakçısı kimi çıxış edən bir sıra güc mərkəzlərinin rəsmiləri də ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında qurumun postmünaqişə dövründə fəaliyyəti ilə əlaqədar bəzi məqamlara toxunublar. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün ATƏT-in acınacaqlı vəziyyətdə olduğunu deyib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə “Cənubi Qafqazda daimi sabitliyin olması üçün yeni fürsətlər açılıb. ATƏT İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallığı nəzərə almaqla regionda sülhə dəstək verə bilər”,-deyə vurğulayıb.
Şübhəsiz ki, indi əsas məsələ müharibəsonrası dövrdə bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi, üçtərəfli Bəyanatda əksini tapan məsələlərin icrası, kommunikasiyaların açılması, mina xəritələrinin verilməsi və digər bir sıra istiqamətlərdə fəaliyyət göstərməkdir. “Siyasi reanimasiya” şəraitində olan Minsk qrupu isə varlığını qorumağa çalışsa da, yeni mərhələnin şərtlərinə və çağırışlarına uyğun konkret təşəbbüslərlə fərqlənmir.
Bütövlükdə, keçmiş münaqişənin beynəlxalq hüquq normaları əsasında həlli istiqamətində vasitəçilik missiyası iflasa uğrayan ATƏT-in Minsk qrupu postkonflikt dövründə varlığını göstərmək istəyirsə, yeni reallıqları nəzərə almalı, hazırkı gerçəkliklər əsasında perspektivə baxaraq yuxarıda qeyd etdiyimiz məsələlər ətrafında faydalı təklif və təşəbbüslərlə çıxış etməlidir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

