YAP ilə “Xalqın Xidmətçisi” partiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
04.12.2021 [10:55]
Kiyevdə səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Ukrayna Ali Radasının spikeri Ruslan Stefançukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ali Radada keçirilən görüşdə Ukrayna tərəfindən spikerin birinci müavini Aleksandr Kornienko, hakim “Xalqın Xidmətçisi” partiyasının sədri, deputat Yelena Şulyak, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux, həmsədrin müavini Lyudmila Marçenko iştirak ediblər.
Qonaqları salamlayan Ruslan Stefançuk bildirib ki, Azərbaycan və Ukraynanı ortaq keçmişdən daha çox uğurlu və keyfiyyətli gələcək birləşdirir. Azərbaycanın ərazi bütövlüyü problemini həll etdiyini deyən Ali Radanın sədri Ukraynanın da ərazi bütövlüyü məsələsinin həllinə nail olmaq istədiyini vurğulayıb. Qeyd edib ki, Ukrayna bu sahədə Azərbaycanla fikir mübadiləsi aparmaq, Azərbaycanı Qələbəyə aparan təcrübədən faydalanmaq istəyir.
“Azərbaycan və Ukrayna bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Bu da bizim əsl dost olmağımızdan xəbər verir. Əlaqələrimizin təkcə parlamentlərarası deyil, həm də partiyalararası inkişafı önəmlidir. İqtisadi, siyasi və rəqəmsal sahələrdə birgə layihələr həyata keçirmək olar”, - deyə Ruslan Stefançuk əlavə edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib ki, iki ölkə arasında isti dostluq münasibətləri tarixən mövcud olub.
Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin qarşı tərəfə salamlarını çatdıran Tahir Budaqov bildirib: “Prezidentimizin Ukraynaya çox isti münasibəti var. Ukraynada güclü Azərbaycan diasporu mövcuddur. Azərbaycan-Ukrayna əlaqələrinin inkişafında diasporun da öz xidməti var. İki ölkə arasında əlaqələrin inkişafı potensialı böyükdür. Əminəm ki, bu istiqamətdə birlikdə hərəkət edəcəyik. Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski demokratik prinsiplərə, ölkələrimizin, xalqlarımızın milli maraqlarına əsaslanan münasibətləri inkişaf etdirilər. Partiyalarımız arasında əlaqələr nə qədər sıx olsa, bütün sahələrin inkişafına öz töhfəsini verər”.
Sonra çıxış edən Aleksandr Kornienko, Yelena Şulyak, Valeriy Kolyux, YAP-ın Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP Veteranlar Şurasının sədr müavini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin deputatı Ramil Həsən iki ölkə arasında əməkdaşlığın inkişafından danışıblar.
Daha sonra YAP və “Xalqın Xidmətçisi” partiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov və “Xalqın Xidmətçisi” partiyasının sədri Yelena Şulyak imzalayıblar.
Qeyd edək ki, görüşdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, partiyanın Mərkəzi Aparatının Beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Hülya Məmmədli və Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Kamal Xəlilov, Ukrayna Azərbaycanlıları Radasının həmsədri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov da iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

