Yoxsulluğun azaldılması ilə bağlı davamlı tədbirlər gücləndiriləcək
05.08.2010 [08:55]
Əhalinin sosial müdafiəsinin gücləndirilməsini və onların məşğulluğunun təmin edilməsini başlıca prioritetlərdən hesab edən Azərbaycan hökuməti 2010-cu ildə bu istiqamətdə həyata keçirilən tədbirləri daha da intensivləşdirib. Regionlarda fəaliyyət göstərən müəssisələrin sayının artırılması, burada çalışan insanların sosial şəraitinin gücləndirilməsi ilə bağlı atılan addımlar öz mühüm bəhrəsini verib. Eyni zamanda, hökumət ilin əvvəllərindən başlayaraq aztəminatlı ailələrin ünvanlı yardımlarla əhatə olunmaları üçün məqsədyönlü tədbirləri gücləndirib. Bütün bu kompleks tədbirlər insanların yaşayış şəraitinin yaxşılaşmasına səbəb olmaqla yanaşı, respublikamızda yoxsulluğun azaldılmasına öz təsirini göstərməkdədir.
Dövlətin əsas strateji məqsədlərindən biri olan yoxsulluğun azaldılması ilə bağlı siyasətin gücləndirildiyini qeyd edən Prezident İlham Əliyev qarşıdakı illərdə bu istiqamətdə daha geniş və əhatəli tədbirlərin həyata keçiriləcəyini bildirib: “Azərbaycanda yoxsulluq kəskin şəkildə aşağı düşür. Son altı ildə yoxsulluq şəraitində yaşayanların sayı dörd dəfə aşağı düşmüşdür. Ancaq buna baxmayaraq, hazırda ölkə əhalisinin 11 faizi yoxsulluq şəraitində yaşayır. Bu insanlara dövlət öz qayğısını göstərməlidir və ünvanlı sosial yardım, eyni zamanda, minimum əməkhaqqı və pensiyanın qaldırılması sosial müdafiə işlərində çox mühüm addım olacaqdır”.
Dövlətimizin başçısı ölkəmizin maliyyə imkanlarının artması müqabilində vəsaitlərin ilk növbədə, insanların sosial rifah halının yaxşılaşması üçün sərf olunacağını diqqətə çatdırıb. Hökumət qarşıdakı 5 il ərzində sosial müdafiə sisteminin inkişafı, yaşlı əhalinin, aztəminatlı ailələrin sosial rifah halının gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Eyni zamanda, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin, təhsil və səhiyyə sahəsində əsas xidmətlərin keyfiyyətinin və ekoloji vəziyyətin yaxşılaşdırılması, həmçinin, ətraf mühitin davamlı idarə olunması ilə bağlı tədbirlər başlıca hədəflərdən hesab olunur.
Respublikamızda həyata keçirilən makroiqtisadi siyasətin 2015-ci ilə kimi nəzərdə tutulan başlıca hədəfləri sırasında maliyyə sabitliyini möhkəmləndirmək və qeyri-neft sektorunun tarazlı inkişafına nail olmaq əsas məqsədlərdən hesab olunur. Hökumətin proqnozlarına görə, neftdən kənar sahələr yaxın beşillikdə iqtisadi artımın təmin edilməsində başlıca bölməyə çevriləcək. Proqnozlara əsasən, həmin müddətdə qeyri-neft sektoru üzrə üDM-in real həcmini 2 dəfə artırmaq mümkün olacaq. 2010-2015-ci illərdə qeyri-neft sektoru üzrə üDM-in orta illik real artım tempini minimum 7-8 faiz civarında saxlanılması nəzərdə tutulur. Amma indiki inkişaf dinamikası onu göstərir ki, qeyri-neft sektorunda orta illik artım tempi həmin göstəricidən 5-6 faiz yüksək olacaq. Təkcə, 2010-cu ilin birinci yarısında bu sahədə artım tempinin 15 faizi ötməsi neftdən kənar sahələrin yaxın illərdə daha yüksək sürətlə inkişaf edəcəyini şərtləndirir.
Yoxsulluğun səviyyəsinin aşağı salınması ilə bağlı strategiyanın əsas komponentlərindən biri də əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, işləyən vətəndaşların orta aylıq gəlirlərinin əhəmiyyətli dərəcədə artırılması və bunun müqabilində inflyasiya səviyyəsinin ilbəil azaldılmaqla idarəolunan həddə saxlanılmasından ibarətdir. Hökumət bu illər ərzində inflyasiyanı birrəqəmli həddə saxlamaqla 2015-ci kimi adambaşına düşən üDM-in həcmini 2 dəfə artırmağı proqnozlaşdırır. Bu kompleks islahatlara, həmçinin, səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə aztəminatlı ailələrin və sosial cəhətdən ehtiyacı olan insanların yaşayış imkanlarının gücləndirilməsi, sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi, təhsil və səhiyyə sahəsində əsas xidmətlərin keyfiyyətinin yüksəldilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin davamlı idarə olunmasının təmin edilməsi ilə bağlı davamlı tədbirlərin həyata keçirilməsi də daxildir. ümumiyyətlə, 2015-ci ilin sonunadək respublikamızda işsizlik səviyyəsini 3-4 faiz həddinədək azaltmaq proqnozlaşdırlır.
Yoxsulluğun azaldılması ilə bağlı strategiyanın əsas hədəflərindən biri də Ermənistanın təcavüzkar siyasəti nəticəsində öz doğma yurdlarını müvəqqəti tərk etmiş 1 milyona yaxın qaçqın və məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşdırılması və onların məşğulluğunun təmin edilməsi üçün tədbirlərin sistemli şəkildə davam etdirilməsindən ibarətdir. Bu insanların yaşadığı ərazilərdə infrastrukturun bütün növləri ilə təminatın yaxşılaşdırılmasıyla bərabər, iqtisadi inkişaf layihələrinin həyata keçirilməsi, qaçqınların sahibkarlıq və biznes fəaliyyəti ilə məşğul olmaları üçün davamlı tədbirlərin görülməsi, eyni zamanda, onların yeni iş yerləri ilə təmin edilmələri məqsədilə yaradılan müəssisələrin sayının artırılması nəzərdə tutulur. 2015-ci ilə kimi qaçqın və məcburi köçkünlərin məşğulluq səviyyəsinin ölkə üzrə orta məşğulluq səviyyəsinə çatdırılması nəzərdə tutulur.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

