Humanitar aksiyaları ilə digər qeyri-dövlət təşkilatlarına örnək olan Fond
07.08.2010 [12:43]
Vətəndaşların rifah halının yüksəldilməsi və sosial proqramların həyata keçirilməsi vəzifələrinin yalnız dövlətdən asılı olması kimi düşüncələr müasir sosial dövlət anlayışı çərçivəsinə sığmır. çünki dövlət gücləndikcə, maliyyə resursları artdıqca, o, qeyri-dövlət sektorunun inkişafında maraqlı olur və bu sahəyə böyük məbləğdə vəsaitlər ayırmağa başlayır. Bununla da, sosial problemlərin mövcud olduğu sahələrdə ən iri proqramları dövlət həyata keçirir, xırda məsələlərin həlli ilə bağlı isə qeyri-dövlət sektorunda işləyən təşkilatlar fəallıq nümayiş etdirirlər. Yəni, bu, müasir sosial dövlət modelinin iş prinsipidir...
Gənc, müstəqil dövlət kimi Azərbaycanda da xalqımızın milli-mənəvi dəyərlərinə əsaslanan sosial dövlət modeli qurulur. Bu gün dövlət xalqın mühüm sosial problemlərinin həlli üzrə böyük layihələr həyata keçirir, eyni zamanda, cəmiyyətdə mövcud olan, lakin dövlətin diqqətindən yayınan problemlərin həllinə də qeyri-dövlət təşkilatları vasitəsilə müdaxilə edir. ötən müəyyən müddət ərzində qeyri-dövlət strukturları humanitar aksiyaların həyata keçirilməsində, sosial problemlərin aradan qaldırılmasında böyük işlər görüblər. Amma bu cür təşkilatlar hələ ki, azlıq təşkil edir.
Bununla yanaşı qeyd etmək yerinə düşər ki, cəmiyyətdə mövcud sosial problemləri görən və onların aradan qaldırılması üçün konkret əməli fəaliyyət göstərən qeyri-dövlət və qeyri-kommersiya təşkilatı olan Heydər Əliyev Fondu həyata keçirdiyi işlərlə digər qeyri-dövlət təşkilatlarına örnəkdir. Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, sosial problemlərin həlli üzrə humanitar aksiyalar çərçivəsində iri layihələr həyata keçirib və bununla da cəmiyyətin rəğbətini qazanıb.
Hazırda isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyanda tənha, aztəminatlı və əlil ailələri üçün 150 evdən ibarət yeni şəhərcik salınır. Məlumatlara əsasən, Tikinti işlərinin təxminən 70-80 faizi artıq başa çatıb. Şəhərciyin ilin sonuna kimi istifadəyə veriləcəyi gözlənilir.
Qeyd edək ki, Salyanda yeni şəhərciyin salınmasına cəmi 4 ay əvvəl başlanılsa da, artıq tikinti işlərinin təxminən 70 faizi görülüb. Heydər Əliyev Fondunun bu humanitar aksiyası tənha, imkansız və əlil ailələrini evlə təmin edib onların uzun illik həsrətinə son qoyacaq. Hazırda fərdi evlərin hamısında divarlar suvanır, dam örtüyü və döşəmə vurulur, elektrik xətləri çəkilir. Tənha, imkansız və əlil ailələri inşaat işlərinin başa çatacağı günü səbirsizliklə gözləyirlər.
Şəhərcikdə uşaq baxçası, tibb məntəqəsi, ticarət mərkəzi və digər sosial obyektlər də tikilir. Qaz, su xətlərinin çəkilişi layihələndirilib və bu işlərin icrasına başlanıb. Beton dirəkləri basdırılıb və SİB kabellərlə elektrik verilişi xətləri çəkilir.
Tikintinin tam başa çatmasına gəlincə, məlumatlara əsasən, Salyanda 150 aztəminatlı ailə 2011-ci ili yeni evdə qarşılayacaq. Bir sözlə, görünən odur ki, Heydər Əliyev Fondu bu ailələrinin həyatında yeni bir səhifə açır. Şəhərcikdə ev sahibi olacaq şəxslər sevinclərini gizlədə bilmirlər. Axı onlar ev sahibi olacaqlarını belə düşünmürdülər. Lakin məhz Heydər Əliyev Fondunun humanitar aksiyası çərçivəsində 150 aztəminatlı ailə gələn il şəxsi evində yaşamağa başlayacaq. Buna görə də, onlar Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirirlər.
Bir sözlə, bu aksiya ilə Heydər Əliyev Fondu bir daha Azərbaycanda qurulan sosial dövlət modelinə özünün xüsusi töhfəsini vermiş olur, müxtəlif səbəblərdən sosial problemlərlə qarşılaşan insanlarda gələcəyə inam formalaşdırır.
ümid edirik ki, Heydər Əliyev Fondunun bu kimi fəaliyyətləri digər qeyri-dövlət strukturlarına örnək olacaq.
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

